Azərbaycanda icra hakimiyyətində əməliyyatın keçirildiyi RƏSMƏN TƏSDİQLƏNDİ - YENİLƏNİB

Azərbaycanda icra hakimiyyətində əməliyyatın keçirildiyi RƏSMƏN TƏSDİQLƏNDİ - YENİLƏNİB"Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat bir sıra qanun pozuntuları ilə bağlıdır. Hələ ki, saxlanılan yoxdur".

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.

16:29

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat aparılmasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, icra başçısının birinci müavini Səməd Tomuyevin və digər müavinlərin, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Elxan Məmmədovun saxlanılması ilə bağlı müxtəlif məzmunlu məlumatlar yayımlanıb. Cavab olaraq bildiririk ki, yayımlanan məlumatlar həqiqəti əks etdirmir. Məsələ ilə bağlı ətraflı məlumatın verilməsi təmin ediləcək.

16:10

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.

Sfera.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4818   Tarix: 04 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli

29 sentyabr
.

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind

30 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti

30 sentyabr
.

Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR

Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl

29 sentyabr
.

Hacı Şahinin nəvəsi olub

Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub

29 sentyabr