Şahin Eyyubov keçmiş şərikini məhkəməyə verdi

Şahin Eyyubov keçmiş şərikini məhkəməyə verdi"ERBİ-H" Məhdud Məsuliyyətli Cəmiyyəti (keçmiş adı ilə "Güllübulaq") keçmiş ortaqları ilə aralarında olan müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hakim Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində cavabdeh qismində Adıgözəlov Fizuli Qəşəm oğlu, Adıgözəlova Safurə Əli qızı və Bakı 16 saylı Mediasiya təşkilatı tanınıb.

Xatırladaq ki, "ERBİ-H" Məhdud Məsuliyyətli Cəmiyyəti (keçmiş adı ilə "Güllübulaq") 2006-cı ildən təsis edilib. Təsis olunan zaman Cəmiyyətin təsisçilərindən biri də Fizuli Adıgözəlov olub. Sonra məhkəmənin qərarına əsasən Fizuli Adıgözəlovun Cəmiyyətdə iştirakına xitam verilib. 2006-cı ildən 2017-ci ilin oktyabr ayınadək olan dövrdə Cəmiyyətin idarə edilməsi təsisçilərin qərarına əsasən Fizuli Adıgözəlova və onun qardaşı oğlu Famil Adıgözəlova həvalə edilib.

Fizuli Adıgözəlovun Cəmiyyətdə iştirakına xitam verildiyi tarixədək olan dövrdə Cəmiyyətdə pay bölgüsü 50% türk vətəndaşı Nurəddin Cengizə, 25% Azərbaycan vətəndaşı Dilbər Eyyubovaya, 25% isə Fizuli Adgözəlova məxsus olub.

"ERBİ-H" Məhdud Məsuliyyətli Cəmiyyətində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin müvafiq qərarına əsasən, 2011-2015-ci illəri əhatə edən dövr üzrə vergi və digər icbari ödənişlərin vəziyyəti də yoxlanılıb. Yoxlamanın nəticələrini əks etdirən 18.03.2020-ci il tarixli səyyar vergi yoxlaması aktına və akt əsasında qəbul edilmiş 19.03.2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarına əsasən Fizuli Adıgözəlovun faktiki rəhbərliyi dövründə 8 395 677,75 (səkkiz milyon üç yüz doxsan beş min altı yüz yetmiş yeddi manat 75 qəpik) vergidən yayınma, həmin vergidən yayınma ilə bərabər 2713745,80 (iki milyon yeddi yüz on üç min yeddi yüz qırx beş manat 80 qəpik) manat maliyyə sanksiyası tətbiqi öz təsdiqini tapıb.

Yuxarıda qeyd edilənlərdən də görünür ki, Adıgözəlov Fizuli Qəşəm oğlu "ERBİ-H" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə (vergidən yayınma da daxil olmaqla) 18.442.940,60 (On səkkiz milyon dörd yüz qırx iki min doqquz yüz qırx manat 60 qəpik) manat zərər vurub.

Xatırladaq ki, sadalanan məlumatları mətbuata "ERBİ-H" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Əziz Qənbərov verib.

Onuda qeyd edək ki, Dilbər Eyyubova 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi olan Şahin Eyyubovun ailə üzvüdür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 964   Tarix: 05 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala

29 sentyabr
.

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu

Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar

30 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli

29 sentyabr
.

3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa

30 sentyabr