Sədrlər dəyişir, amma gömrükdəki müsibət bitmir: Laboratoriya...

Sədrlər dəyişir, amma gömrükdəki müsibət bitmir: Laboratoriya...Gömrük orqanları Azərbaycanda sıravi vətəndaşların və xüsusilə də sahibkarların haqlı narazılıq etdiyi qurumlardan biri kimi öz "dəyişməz statusunu" saxlamaqda davam edir. Doğrudur, son illər Dövlət Gömrük Komitəsində Azərbaycanın ən varlı adamlarından birinə çevrilmiş Səfər Mehdiyevin sədr vəzifəsindən çıxarılması başda olmaqla, ciddi kadr dəyişiklikləri həyata keçirilib, müəyyən səviyyədə şəffaflıq yaradılıb və sair. Lakin buna baxmayaraq, gömrüyün bir çox fəaliyyət istiqamətlərində köhnə "adət-ənənələr" qorunub saxlanmaqdadır...

Həmin "ənənələrdən" biri Mərkəzi Gömrük Ekspertizası İdarəsinin fəaliyyəti ilə bağlıdır. Gömrük orqanı istənilən sahibkarın gətirdiyi malı tərkibinin yoxlanması, ya da malın hansı gömrük rüsum dərəcəsinə düşdüyünü(kodunu) müəyyən etmək üçün bu idarəyə göndərə bilər və göndərir. Bu zaman təbii ki, subyektivliyə yol verilir, hər şey orqan əməkdaşının fikrindən asılıdır. Bununla da sahibkarın "qara günləri" başlayır...

Yeri gəlmişkən, ekspertizaya görə rüsum az qala iki dəfə artırılaraq, hər mal çeşidinə görə 50 manata çatdırılıb. Yəni, bir konteynerdə 100 çeşiddə malınız varsa, ekspertizaya görə 5 000 manat ödəməlisiniz. Ona görə də sahibkarlar daha öncədən, könüllü olaraq mallarını ekspertizaya verməkdə maraqlı deyillər.

Məlumat üçün bildirək ki, Azərbaycanda 2018-ci ildən etibarən 7 pilləli (0%, 0.5,% 1%, 3%, 5%, 10%, 15%) advalor gömrük rüsum dərələcələrindən yeni 3 pilləli (0%, 5%, 15%) gömrük rüsum dərəcələrinə keçid tətbiq edilib. Bununla bağlı rəsmi izahatda deyilir ki, məqsəd rüsum dərəcələrinin strukturunun sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması, əksər mal kodları üzrə idxal gömrük rüsumlarının endirilməsidir və s.

Ancaq reallıqda təəssüf ki, tamamilə başqa mənzərə hökm sürür. Belə ki, Mərkəzi Gömrük Ekspertizası İdarəsinə gətirilən mal on günlərlə, hətta bəzən daha çox müddətdə burada saxlanılır. Bu zaman sahibkar həm bu malın yükləndiyi yük maşınının hər gününə görə logistika şirkətinə, sürücüyə yüzlərlə dollar artıq vəsait ödəyir, həm də həmin maşın idarənin dayanacağında "yatdığına" görə gündəlik əlavə vəsait ödəyir.

Bəzi hallarda, "əli nisbətən uzun olan" sahibkarlar gətirdikləri malların nümunələrini laboratoriyaya təqdim edərək, yük maşınlarını buradan çıxara, hətta mallarını öz anbarlarına boşalda bilirlər. Lakin bu halda da həmin mallar gömrük orqanı tərəfindən möhürlənir və laboratoriyanın cavabı çıxana qədər onun satışına icazə verilmir. Möhürün qanunsuz şəkildə götürülməsi və malın satılması isə böyük məbləğlərdə cərimə nəzərdə tutur. Yəni, sahibkar malı öz anbarına boşaltsa da, onu sata bilmir.

Qeyd edək ki, söhbət malın ziyanlı, yaxud ziyansız olduğunu yoxlamaq üçün aparılan laboratoriya işindən getmir. İdarə sadəcə, həmin malın yuxarıda qeyd edilən 15 faiz, 5 faiz, yoxsa 0 faiz gömrük rüsumuna cəlb edilməsini yoxlayır. Bu isə ya işin çoxluğundan, ya səhlənkarlıqdan, ya da hansısa digər səbəbdən on günlərlə, bəzən aylarla vaxt aparır. Deməli, sahibkar həm yük maşınının icarəsinə, həm də "dayanacaq pulu"na görə əlavə xərclər çəkir.

Malı hansısa anbara boşaldırsa, orada icarə haqqı ödəyir, malı satışa çıxara bilmədiyi üçün əlavə izafi xərclərə düşür – işçiyə əmək haqqı, mağazaya icarə haqqı və sair ödəyir. Məsələn, onun kredit götürdüyü bank isə öz faizlərini tələb edir, icarəyə verən öz haqqını, işçi öz maaşını istəyir və onları gömrüyün sahibkarın başına açdığı oyunlar maraqlandırmır. Bütün bunlar da nəticədə həmin malın maya dəyərini artırır, rəqabət qabiliyyətini azaldır və ən nəhayət, qiymətini bahalaşdırır ki, bu da sonda sahibkarın və sıravi alıcıların başında, cibində "çatlayır".

Mərkəzi Gömrük Ekspertiza İdarəsi isə "xımır-xımır öz işi ilə məşğuldur, heç yerə tələsmir. Hansı ki, bu vəziyyətin yaranmaması üçün asan çıxış yolları var.

Birincisi, idarənin işini sürətləndirmək, süründürməçiliyə, bürokratiyaya son qoymaqdır. Ancaq uzun illərdən bəri, o cümlədən S.Mehdiyevdən əvvəl, onun öz dövründə və indinin özündə də bunu etmək istəyənə oxşamırlar.

Yaxşı, əgər bunu bacarmırlarsa, heç olmasa sahibkardan əvvəlcədən hansısa məbləğdə depozit almaq olar. Zatən sahibkar heç yerə qaçan deyil. Onu "boğazlamaq" gömrük və vergi orqanı üçün bir udum su içmək qədər asandır.

Ancaq yenə də, sahibkara inam yoxdursa, depozit alsınlar. Yəni, əgər mal 15 faiz, yaxud 5 faiz gömrük dərəcəsinə düşərsə, həmin depozitdən sahibkarın ödəməli olduğu gömrük rüsumu çıxıla bilər. Yox, əgər 0 faizə düşərsə, depozit sahibkara qaytarılar.

Əvəzində, astagəl laboratoriyanın öz işini gördüyü müddətdə sahibkar asanlıqla malını satışa çıxarar və öz xərclərini, maaşları, icarə haqqını və s. ödəyər, əlavə xərclərə düşməz, nəhayət, onun satışa çıxardığı mal da daha ucuz olar.

Ancaq göründüyü kimi, DGK bunların heç birini etmir – nə Mərkəzi Gömrük Ekspertiza İdarəsinin işini sürətləndirmir, nə də sahibkara ekspertiza müddətində öz malını satmağa imkan yaratmır.

Müqayisə üçün bildirək ki, məsələn, Gürcüstanda sahibkar nəinki ekspertiza xərclərini, ümumilikdə gömrük rüsumunu dərhal yox, malı satandan sonra ödəyə bilir. Yəni, ona müəyyən möhlət verilir. Azərbaycanda isə bütün xərcləri, rüsumları dərhal, yerindəcə ödəyən sahibkar belə süründürməçiliklə üzləşir.

Əlbəttə ki, ekspertiza məsələsi gömrükdəki çoxsaylı problemlərdən yalnız biridir və daha çox texniki məsələdir. Belə problemləri həll etmək üçünsə sadəcə, öz vətəndaşına, sahibkarına azca da olsa "can yandıran" məmurlara ehtiyac var. Belələri isə görünür ki, yoxdur, xüsusilə də gömrük orqanında./Azpolitika.info


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 987   Tarix: 05 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala

29 sentyabr
.

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu

Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar

30 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli

29 sentyabr
.

3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa

30 sentyabr