Bakıda zəlzələdən sonra qəzalı vəziyyətə düşən məktəb haqda - Açıqlama

Bakıda zəlzələdən sonra qəzalı vəziyyətə düşən məktəb haqda - AçıqlamaBakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerəşən 301 saylı tam orta məktəbin söküləcəyi ilə bağlı iddialar yayılıb.

Bu barədə "Qafqazinfo"ya sakinlər müraciət ediblər. Onların sözlərinə görə, məktəbin bir hissəsi - ibtidai siniflər üçün nəzərdə tutulmuş korpus qəzalı vəziyyətdədir. Həmin korpusda uzun müddətdir məcburi köçkünlər məskunlaşıb və dərslər keçirilmir.

Məktəbin şagirdləri ibtidai sinifləri yaxınlıqda yerləşən 300 saylı məktəbdə oxuyur, 5-ci sinifdən digər təhsil müəssisəsinə qayıdırlar: "Bizim məktəbin ibtidai korpusundan əlavə, digər 3 mərtəbəli korpusu normal vəziyyətdədir, qəzalı deyil. Bizə deyirlər ki, məktəbi sökmək istəyirlər. Amma rəsmi məlumat verən yoxdur. Məktəbdə 1000-dək şagird təhsil alır, əgər sökülmə söhbəti varsa, biz də məlumatlı olmalıyıq. Buna görə çox narahatıq".

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 7 dekabr 2023-cü il tarixində baş vermiş zəlzələ nəticəsində BŞTİ-nin tabeliyindəki 301 nömrəli tam orta məktəbin 1939-cu ildə inşa edilmiş birmərtəbəli korpusunda qəzalı vəziyyət yaranıb: "Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən binaya baxış keçirilib və mühəndis-müayinə işləri aparılaraq müvafiq rəy təqdim edilib. Rəyə əsasən, məktəb binasının yükdaşıyan divarlarında geniş ölçülü çatların yarandığı, divarların birləşmə yerlərində aralanmaların əmələ gəldiyi, qapı və pəncərə üstü hissələrin yerini dəyişdiyi müəyyən edilib. Bu səbəbdən məktəblilərin (ibtidai siniflər) və pedaqoji heyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin korpusda təhsil alan şagirdlərin yaxınlıqdakı 300 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirməsi təmin olunub. Hazırda məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülür".

İdarədən həmçinin bildirilib ki, 301 nömrəli tam orta məktəbin 2006-cı ildə inşa olunmuş digər üçmərtəbəli korpusunda tədris normal qaydada davam etdirilir.

Xatırladaq ki, ötən il dekabrın 7-si saat 08:16 radələrində Xəzər dənizində güclü zəlzələ baş verib. Maqnitudası 5,6 olan yeraltı təkanlar Bakıda və bəzi şimal rayonlarında da 5 bala qədər hiss olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 614   Tarix: 05 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala

29 sentyabr
.

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu

Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar

30 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli

29 sentyabr
.

3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa

30 sentyabr