Azərbaycanda xüsusi həbsxana tikiləcək

Azərbaycanda xüsusi həbsxana tikiləcəkTəhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumlar üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir. Xəbər verildiyi kimi, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Ombudsman cəza-icra qanunvericiliyində və digər qanunvericilik aktlarında xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumların fərqli rejimdə cəza çəkməsinə imkan verən dəyişikliklərin edilməsi və belə məhkumların cəzasını çəkməsi üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılmasını məqbul hesab edib.

Söhbət hansı "xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayətlər"dən gedir? Belə həbsxananın inşası hansı zərurətdən doğub və məhbusların islahı məsələsinə onun hansı pozitiv təsirləri mümkündür?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Yeni Müsavat"a deyib ki, hazırda Azərbaycanda qarışıq tipli cəzaçəkmə müəssisələri tikilməkdədir:

"Azərbaycan yetkinlik yaşına çatmayanların saxlanılması üçün cəzaçəkmə müəssisəsi mövcuddur. Ölkəmizdə 18 yaşına qədər cinayət törətmiş uşaqlar orada saxlanılır. İndi isə təkliflər var ki, təhlükə törətməyən cinayətlərə yol vermiş 18-24 yaş kateqoriyasında olan şəxslərin cəza çəkməsi üçün ayrıca bir cəzaçəkmə müəssisəsi yaradılsın. 18-24 yaş arası olan, təhlükə törətməyən və az ağır cinayət törətmiş məhkumların digər yaş kateqoriyasından olan məhkumlardan ayrı saxlanılması üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir.

Bu məsələ gündəmə gəlibsə, müzakirə olunmalıdır. Hesab edirəm ki, bu yaş kateqoriyasına aid məhkumların sayı o qədər çox deyil və qarışıq tipli cəzaçəkmə müəssisələrindən birinin hansısa bir korpusunu məhz təklif olunan yaş kateqoriyasına aid məhkumları saxlamaq üçün ayrıla bilər".

Çingiz Qənizadə yeni bir cəzaçəkmə müəssisəsinin tikilməsinin böyük vəsaitlər hesabına başa gəldiyini xatırladıb:

"Cəzaçəkmə müəssisəsinin tikintisi, saxlanması, presonalının gündəlik gediş-gəlişi məsrəflərini nəzərə almaq lazımdır. Buna dövlət kifayət qədər məbləğ ayırmalı olacaq. İndiki dönəmdə, dövlət Qarabağda quruculuq və abadlıq işləri həyata keçirdiyi bir vaxtda büdcədən bu məqsədə vəsait ayrılması məqbul deyil. Bundansa, qarışıq tipli cəzaçəkmə müəssisələrindən birinin blokunu qeyd olunan yaş kateqoriyasına aid məhbuslara ayırmaq daha səmərəli olar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 987   Tarix: 05 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala

29 sentyabr
.

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu

Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar

30 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli

29 sentyabr
.

3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa

30 sentyabr