"Mina terroru ümumilikdə erməni terrorizminin əsas göstəricilərindən biridir" - DEPUTAT

"Mina terroru ümumilikdə erməni terrorizminin əsas göstəricilərindən biridir" - DEPUTAT"Ermənistanın mina terroru nəticəsində Azərbaycan minalarla çirkləndirilmiş ölkələr sırasında ön sıralardadır. 1991-ci ildən bu günə qədər 4 minə yaxın Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub. Bununla Ermənistan 1999-cu il Ottava Konvensiyasının piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edən bəndlərini, "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın ikinci protokolunun tələblərini kobud şəkildə pozub. Beynəlxalq konvensiyalara görə piyada əleyhinə minaların tətbiq olunması qəti qadağandır və bu, cinayət hesab edilir. Şübhəsiz ki, Ermənistan dünya tarixində XXI əsrin mina terrorunun memarı kimi qalacaq".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, mina terroru ümumilikdə erməni terrorizminin əsas göstəricilərindən biridir:

"Məlum olduğu kimi, uzun illərdir işğal altında saxlanılan və Müzəffər Ordumuz tərəfindən azad olunan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb. Azərbaycanın Xarici İşlər Nazirliyinin yanvar ayında yaydığı məlumatda bildirmişdi ki, indiyədək 342 nəfər mina terrorunun qurbanı olub. Əlbəttə, burada beynəlxalq ictimaiyyətin Ermənistana mina xəritələrinin təqdim olunması ilə bağlı təzyiq göstərməsinə ciddi ehtiyac var. Lakin, ölkəmizə qarşı ikili standartlar tətbiq etməyi vərdişə çevirmiş aidiyyəti beynəlxalq təşkilatlar və güc mərkəzi olan dövlətlər bu məsələdə də ağızlarına su alıb oturmağı məqbul hesab edirlər. Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini Azərbaycana tam təhvil verməməsi ilə hər keçən gün can almağa davam edir. Müharibə cinayəti törədən düşmən ölkənin yanında duran havadarları da ən az Ermənistan qədər bu məsələdə günahkardırlar.

Hazırda işğaldan azad edilən ərazilərimizin bərpası və tarixi torpaqlarımızda həyatın yenidən qaytarılması Azərbaycanın əsas strateji hədəfləri içərisində prioritet istiqamətlərdən biridir. Lakin dədə-baba torpaqlarımızda ölümsaçan minaların basdırılması, keçmiş məcburi köçkünlərin dogma yurd-yuvalarına qayıdışı prosesinin ləngiməsinə səbəb olur. Bütün bunlara rəğmən qüdrətli Azərbaycan dövləti öz suveren ərazilərini öz gücü hesabına minalardan təmizləməkdə davam edir. İşğaldan azad edilmiş ərazilərdə indiyədək 118 502 hektar (1185 kvadrat kilometr) ərazi minalardan təmizlənib. 2023-2026-cı illərdə isə 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 2026-cı ilin sonunda 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən bölgədə aparılan işlər nəticəsində ərazilərimizdə ötən müddətdə təmizlənən sahələrdə ümumilikdə 62228 ədəd partlamamış hərbi sursat, 31175 ədəd piyada əleyhinə mina və 18790 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Millət vəkili qeyd edib ki,rəsmi İrəvan minalı ərazilərin xəritəsini sülh danışıqları prosesində özü üçün "variant" hesab edir və bunda hansısa formada divident əldə etmək üçün istifadə etmək niyətində ola bilər. Amma bu, yanlış yanaşmadır. 2020-ci ildən bu yana davam edən səylərə baxmayaraq, minalı ərazilərin xəritəsinin hələ də Azərbaycana verilməməsi itkilərin sayının artmasına gətirib çıxarır. Bu isə öz-özlüyündə qarşılıqlı etimad mühitinin yaranmasına, həmçinin, sülh danışıqları prosesinə mənfi təsir edir.

Fikirlərinin davamı olaraq, millət vəkili bidlirib ki, xüsusilə proseslərə müdaxilə etmək istəyən aktorlar mina xəritələrinin Azərbayacana təhvil verilməsində fəallıq göstərməlidirlər. O cümlədən də, Fransa. Əlbəttə, Yelisey sarayı da başa düşür ki, minalı ərazilərin səhih xəritəsinin Azərbaycana təhvil verilməsi sülh danışıqları prosesinə əlavə töhfə ola bilər. Amma Fransa bunu bilə-bilə Ermənistana heç bir təzyiq göstərmir. . Bu, Fransanın riyakar, ikiüzlü, qərəzli mövqeyinin ən bariz nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, Fransa özü dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir. Ancaq, Əlcəzair ərazisində 5 milyondan artıq mina basdırılmışdır. Belə bir dövlətin nəinki bu məsələdə hər hansı başqa bir məsələdə ədalətli mövqe nümayiş etdirməsini gözləmirik.

Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Aidiyyəti qurum və təşkilatlar tərəfindən bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər edilməli, bu cinayətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülməlidir.

Xatırladaq ki, bir neçə gün əvvəl növbəti mina terrorunun qurbanı təsərrüfatla məşğul olan mülki şəxs olmuşdur. Mart ayının 3-dəAğdam rayonunun Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində bir mülki şəxs ağır yaralanmışdır. Təəssüf ki, mina terroru davam edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 618   Tarix: 05 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr
.

Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

30 sentyabr
.

Nübar bu kanalda çalışacaq

Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft

30 sentyabr
.

3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa

30 sentyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr