Əsgər Ruslan Pənahov postu tərk etdiyinə görə, komandir heyəti CƏZALANDIRILA BİLƏR! - AÇIQLAMA

Əsgər Ruslan Pənahov postu tərk etdiyinə görə, komandir heyəti CƏZALANDIRILA BİLƏR! - AÇIQLAMAXəbər verdyimiz kimi, Ermənistan Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib. Bu barədə Ermənistan mediası ölkənin Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb. Qərarın "ən yüksək səviyyədə Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya uyğun olaraq" qəbul edildiyi bildirilib. Lakin erməni mətbuatının ortaya atdığı bir sıra iddialar. Ermənistan mətbuatı əsgərlər arasında mübahisə yarandığını və Ruslanın postu bu səbəbdən tərk etdərək azdığı bildirilir. Belə olan təqdirdə yolunu itirərək Ermənistan sərhədinə keçən əsgər Ruslan Pənahov cəzalandırılacaq?

Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmmədli Sonxeber.az-a açıqlamasında bildirib ki, Əsgər Ruslan Pənahovun geri qaytarılmasında Ermənistan tərəfinin ortaya atdığı iddia yaxud bəzi məsələlər onsuzda araşdırılacaq:

"Əsgərin hansı səbəbdən postu tərk etməsi və bunun ardında qalan məqamlar aydınlaşdırılacaq. Əsgər ona kobud rəftarın edildiyini yaxud təzyiqlərə məruz qaldığını bildirərək postu tərk etdiyini deyə bilər. O zaman buna səbəb olan həmin şəxslərdə cəzalandırılacaq. Əgər kiminsə səhlənkarlığı yaxud əsgəri təkbaşına mövqeyə göndərmək ucbatından bu hadisə baş veribsə, yenə də məsul şəxslər cəzalandırılacaq. Amma bu məsələdə, əgər əsgər həqiqətən bilərəkdən həmin istiqamətə keçibsə, bunun arxasında fərqli səbəblər yatmayıbsa indiki məqamda əsgərin cəza almasından daha çox komandir heyətinin cəzalandırılacaq".

Ekspertin sözlərinə görə, əsgərə qarşı hansısa bir kobudluq göstərilir yaxud azaraq keçirsə ortada nəzarətsizlik halı var:

"Hesab edirəm ki, komandir heyəti cəzalandırılacaq. Əsgər Azərbaycana qaytarılandan sonra mütləq şəkildə araşdırma aparılacaq. Əsgərin hazırda hərbi xidməti davam edir. Prokurorluq ilə birlikdə burada xüsusi xidmət orqanlarıda bu məsələdə araşdırma aparacaq. Araşdırmanın nəticəsinə görə, cəza yaxud cəzalar veriləcək. İndiki məqamda Ermənistan tərəfi informasiyanı yaymaqla "top"u sanki Azərbaycanın qapısına ötürür. Onlar Azərbaycan Ordusunda nizam-intizamlıqda ittiham etmək istəyir. Azərbaycan tərəfinində düşündüyü versiyalar var. Ehtimal ki, əsgər qaytarılmamışdan əvvəl Azərbaycan bu istiqamətdə hansısa addımlar atıb və araşdırmalar aparılıb. Mən düşünmürəm ki, cəza olacaqsa təkcə əsgər cəzalandırılacaq. Bu məsələ ilə bağlı bir çox şəxs məsuliyyət daşıyır".

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb və Ermənistan tərəfə keçib.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4943   Tarix: 05 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr
.

Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

30 sentyabr
.

Nübar bu kanalda çalışacaq

Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft

30 sentyabr
.

3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa

30 sentyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr