Əri ilə barışmaq istəyi qadına 125 min manata BAŞA GƏLDİ
Əri ilə münasibətlərini düzəltməsi məqsədilə falçılara ümid edən qadının 125 min manatı ələ keçirilib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Şirvan şəhərində yaşayan Nəcibə Quluzadə ilə əri Alim Quluzadənin (zərərçəkənlərin ad-soyadları şərti) münasibətlərində soyuqluq yaranıb.
İşə Nəcibənin anası da qarışıb. Ana qızının ailəsində yaranan problemin həllini yalnız falçılarda görüb. Bu məqsədlə Nəcibəni qonşusu, təqsirləndirilən G.Qasımova ilə tanış edib.
Təqsirləndirilən şəxs Nəcibə ilə söhbətində əri ilə münasibətlərinin yalnız falçı vasitəsilə düzələ biləcəyini deyib. O, Bakıda, Bayıl qəsəbəsində tanıdığı falçının ona kömək edə biləcəyini deyib. Nəcibə onunla razılaşıb. İstintaq materiallarında deyilir ki, N.Quluzadə falçıya vermək üçün ərinin 125 min manatını xəbərsiz müttəhimə verib. Bir müddət sonra əri pulunun oğurlandığını düşünüb, polisə müraciət edib. Bütün işlərin üstü də bundan sonra açılıb.
Araşdırma nəticəsində G.Qasımova həbs edilib. İstintaqla müəyyən edilib ki, o, əslində heç bir falçı tanımır. Zərərçəkmişdən aldığı pulu isə öz xərclərinə sərf edib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Nəcibə ilə birgə əri Alim də zərərçəkmiş qismində tanınıb. Bu gün keçirilən sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən, G.Qasımova külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 827 Tarix: 05 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Təhsil pulla ölçülməməlidir, bu, təhlükəli tendensiyadır" - AÇIQLAMA
"Təhsil bir millətin gələcəyidir, onun mənəvi və intellektual pasportudur. Bakıdakı bəzi özəl liseylərdə təhsil haqqının 50-55 min manat kimi rəqəmlərə çatması, əslində, təhsilin bir "ictimai xidmət" sahəsindən çıxaraq daha çox "lüks bir brend"ə çevrilməsinin göstəricisidir
9 aprelVətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi - Foto
Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun atası Valeh Həsənov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyasını dəyişib. Əslən Göyçədən olan V.Həsənov Goranboyda aşıq və şair kimi tanınıb, bir neçə kitabın müəllifi olub. Qeyd edək ki
8 aprelQısqanclıq haradək "normal" sayılır? - AÇIQLAMA
Münasibətlərdə qısqanclıq çox zaman sevginin göstəricisi kimi dəyərləndirilir, lakin hər zaman bu davranış sağlam hesab edilə bilməz. İnsanların bir-birinə qarşı müəyyən səviyyədə qısqanclıq hissi olması normaldır, ancaq bu hissin ölçüsü və tezliyi münasibətin keyfiyyətinə ciddi təsir göstərə bilər
9 aprelBiləsuvarda iki məktəb BAĞLANIR? - Rəsmi açıqlandı
Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən məktəblərlə bağlı yayılan məlumatlara münasibət bildirib. -a istinadən xəbər verir ki, Maliyyə-iqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov bildirib ki, təhsil müəssisələrində optimallaşdırma tədbirlərinin həyata keçirilməsind
8 aprelSədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu - FOTO
Müdafiə sənayesi naziri Vüqar Mustafayevə yeni müşavir təyin olunub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb. Əmrə əsasən, Tariyel Mirzəyev nazirin müşaviri təyin edilib. Qeyd edək ki, T.Mirzəyev bu təyinatdan əvvəl "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ni
8 aprelSabah bəzi yerlərdə yağış yağacaq
Bakıda aprelin 9-da havanın arabir yağışlı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərd
8 aprelQaxla Şahdağa qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Sabirabad, Kürdəmir, Qobustan, Neftçalada arabir yağış yağır, Daşkəsən, Qax (Sarıbaş) və Şahdağd
9 aprel