İntihar edən əsgərlərin komandirlərini hansı CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

İntihar edən əsgərlərin komandirlərini hansı CƏZA GÖZLƏYİR? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Musa Ehtiram oğlu Eyvazlının odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub. Hərbi qulluqçular arasında intihar haları ciddi məsələdir və həm də hüquqi əhəmiyyət kəsb edir. Əsgərə nəzarət onun tabe olduğu komandirlərə aiddir. Bəs əsgər intihar edirsə, komandirlərini hansı cəza gözləyir?

Mövzu ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev Sonxeber.az-a açıqlamasında deyib ki, Azərbaycan Silahlı Qüvvələrində qarşılıqlı münasibətlərin pozulması fonunda yaxud özəl bir səbəbdən hərbçilərin, əsgərlərin intihar etməsi halları müşahidə olunur:

"Hər bir intihar hadisəsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Hüquq-mühafizə orqanlarının araşdırması səbəbin aydınlaşdırılması ilə nəticələnir. Əgər aydın olursa ki, intihar edən şəxsi intihara təhrik etmə, intihara məcburetmə tərəfi varsa, məsul şəxs cinayət məsuliyyətinə cəlb olunur. Yəni hər hansı bir hərbçi yoldaşı yaxud komandirlərin qarşılıqlı münasibətlərin, hərbi nizamnamələrin kobud şəkildə pozulması nəticəsində əsgərin intihar hadisəsi baş verirsə, həmin şəxslər cəzalandırılır. Əgər hərbi prokurorluq müəyyən etsə ki, hərbçinin intiharında komandirlərin cinayət tərkibli fəaliyyəti olubsa, onlar məsuliyyət daşıyırlar. Yəni bu sırf Cinayət Məcəlləsinə, uyğun adekvat cəza alması ilə nəticələnməsi halıdır".

Ekspertin sözlərinə görə, komandirlərin birbaşa intiharda yolu yoxdursa belə, əsgərə nəzarət isə onların məsuliyyətindədir. Bu zaman intihar hadisəsibaş verirsə komandirlər "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"nə uyğun olaraq cəzalandırılır:

"Burada verilən cəzalar nizamnamədə öz əksini tapıb. Hətta komandir burada iştirakçıdırsa, onların həbsinə qədər addımlar atıla bilər. Hərbçilərin arasında qarşılıqlı nizamnamənin pozulması halı olarsa, digər hərbçi cinayət məsuliyyətinə cəlb olunur. Yox əgər ailəsində, özəl səbəblərdən dolayı intihar baş verirsə, bu zaman komandirlər "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"nin tələblərinə uyğun olaraq cəzalandırılır. Amma bu Cinayət Məcəlləsinə uyğun olan bir hal deyil. Ona görə də, hər bir intihar hadisəsi fərdi şəkildə axıra qədər araşdırılır və aydınlaşdırılır. Tərəflər və səbəbkarlar varsa onlar mütləq iki qayda ilə cəzalandırılır: cinayət məsuliyyəti və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi". Heç kim onları buna görə başlarını sığallamır. Hər bir halda gördükləri işlərə görə cəzalandırma var".

Xatırladaq ki, baş vermiş intihar hadisəsi üzrə Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1894   Tarix: 05 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr
.

Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

30 sentyabr
.

Nübar bu kanalda çalışacaq

Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft

30 sentyabr
.

3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa

30 sentyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr