Şamaxıda şiələrin qətliamı, rusların Qafqaza ilk yürüşü - TARİX

Şamaxıda şiələrin qətliamı, rusların Qafqaza ilk yürüşü - TARİXMüasir Azərbaycan ərazisi əsrlər boyu Şərqin tarixi dövlətləri arasında mübahisəli ərazi olub. Belə ki, Osmanlı İmperiyası və İran bir neçə əsr Qafqazın bu bölgəsi uğrunda mübarizə aparıb və XVIII əsrdə isə bu mübarizəyə Rusiya da qoşuldu.

Lent.az Rusiyanın I Pyotr dövründə Qafqaza ilk hərbi müdaxiləsindən və Çar İmperiyasının Qafqazın işğalını I əsr ləngidən hadisədən bəhs edəcək.
Şamaxıda şiələrin qətliamı, rusların Qafqaza ilk yürüşü - TARİXI Pyotrun səyləri ilə Rusiya İsveçlə 20 il davam edən Şimal Müharibəsində qalib gəldi və 1721-ci ildə Niştadt Sülhünü bağladı. Müqavilə ilə bütün Baltikyanı bölgəni və Kareliyanın bir hissəsini öz nəzarəti altına aldı.

1721-ci ilin oktyabrında Rusiya imperiya, I Pyotr isə bütün Rusiyanın imperatoru elan edildi. Şimal-qərbdə müharibəni başa vuran Böyük Pyotr diqqətini Xəzərətrafı torpaqlara yönəltdi. Hələ 1715-ci ildə diplomat Arseni Volınskinin rəhbərlik etdiyi Rusiya səfirliyi o vaxta qədər xeyli zəifləmiş Səfəvi İmperiyasına göndərilmişdi. Rus tacirlərinin Səfəvi dövlətinin ərazisində imtiyazlar aldıqları sərfəli ticarət müqaviləsi bağlamaqdan əlavə, Volınskinin missiyası qonşu dövlətin coğrafi, iqtisadi, hərbi-siyasi vəziyyəti haqqında məlumat toplayan kəşfiyyat xarakteri də daşıyırdı.

1722-ci ildə Pyotrın Səfəvi dövlətinə qarşı müharibəyə başlamasına səbəb Davud Bəy və Surxay xanın başçılıq etdiyi ləzgi və qumıq dəstələrinin Səfəvi şahına qarşı etirazları idi. 1721-ci ilin avqustunda ləzgilər və qumıqlar Şamaxıya hücum etdilər, orada yaşayan bütün şiələri öldürdülər, həmçinin 300 rus tacirini qarət edərək onlara yarım milyon rubldan çox ziyan vurdular (red- o vaxt üçün böyük pul).
Şamaxıda şiələrin qətliamı, rusların Qafqaza ilk yürüşü - TARİXKartli (Gürcüstan) kralı VI Vaxtanq, Kalmık xanı Ayuki və kabard knyazlarının dəstəyini alan I Pyotr Xəzəryanı əraziləri işğal etmək üçün qətiyyətli hərəkətə başladı.

1722-ci il iyulun 18-də imperator və o dövrün ən yaxşı rus admirallarından biri olan Fyodor Apraksinin başçılığı ilə 245 gəmidə 22 mindən çox piyadadan ibarət rus ordusu Həştərxandan yola düşdü. Daimi və nizamsız (kazaklar, tatarlar) süvarilər isə Tsaritsın (red- indiki Samara) şəhərindən quru yolu ilə hərəkət edirdilər.

1722-ci il iyulun 27-də müasir Mahaçqala yaxınlığındakı Aqraxan körfəzinə çatan birləşmiş rus ordusu Dərbəndə doğru hərəkət etdi. İnçxa çayı üzərindəki döyüşdə qumıqların Utamış sultanlığının və darginlə qumıqlardan ibarət Qaytaq Usmiliyinin qüvvələri üzərində qələbə qazanar rus alayları I pyotrun rəhbərliyi altında 1722-ci il avqustun 23-də döyüşsüz Dərbəndi işğal etdi.
Şamaxıda şiələrin qətliamı, rusların Qafqaza ilk yürüşü - TARİXRus qoşunlarının müasir Azərbaycan ərazisinə daha da irəliləməsinin qarşısı Xəzər dənizində güclü tufanlar nəticəsində alındı, bu zaman bir neçə rus gəmisi təchizatı və döyüşçüləri ilə birlikdə batdı. İmperator hərbi kampaniyaya daha yaxşı hazırlaşmaq üçün onu gələn ilə qədər təxirə salmağa qərar verdi. Eyni zamanda, 1722-ci il payızın sonlarında Həştərxandan göndərilmiş iki batalyondan ibarət Şipov və Solmonovun dəstəsi Xəzər dənizinin cənub sahilində Gilan əyalətinin bir sıra şəhərlərini, o cümlədən Rəşti işğal etdi. Gilan vəziri Məmməd Əlibəyin şəhəri geri almaq cəhdi Şipovun dəstəsi ilə şiddətli döyüşə səbəb oldu və bu döyüşdə sayca səfəvilərdən xeyli az olan ruslar qəti qələbə qazandılar.

Ardı var…


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1520   Tarix: 06 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala

29 sentyabr
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilə

29 sentyabr
.

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA

2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd

30 sentyabr
.

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind

30 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

30 sentyabr
.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr