Klounluğu Azərbaycana gətirən aktyor: xəstəliyini ailəsindən gizlətdi, son nəfəsində... - FOTO

Klounluğu Azərbaycana gətirən aktyor: xəstəliyini ailəsindən gizlətdi, son nəfəsində... - FOTOO, Şurum-Burum obrazı ilə sevilib, klounada sənətini ilk dəfə Azərbaycanda təqdim edən insan kimi tarixdə qalıb. Tədbirlərdə, ad günü və toylarda rastlaşdığı klounlar həmişə onu görəndə ayaqlarını cütləyib, hərbi salam verərdilər. "Fransız", "Yalan", "Həm ziyarət, həm ticarət", "Sarı gəlin" kimi filmlədə yaratdığı bir-birindən fərqli obrazlarla sevilən və yaddaşlarda qalan, heç bir fəxri adı olmayan, amma elə Şəkili Fərman kimi xatırlanan və qəbul edilən Fərman Abdullayev.

Publika.az xatırladır ki, bu gün aktyor Fərman Şəkilinin anım günüdür.

Fərman Şəkili 1954-cü il noyabrın 4-də Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədə çıxış edib. Şəki Dövlət Teatrında quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. Şəkidə yaradıcıllıqla məşğul olan Fərmanı paytaxt tamaşaçısı Teatr Xadimləri İttifaqının Monotamaşalar festivalında "Hamlet" tamaşası ilə kəşf edir. Həmin vaxt adı çəkilən səhnə əsəri festivalın "Qran-pri" mükafatına layiq görülüb.
Klounluğu Azərbaycana gətirən aktyor: xəstəliyini ailəsindən gizlətdi, son nəfəsində... - FOTOAzərbaycan pantomima tarixində ilk tamaşanı da Fərman Şəkili hazırlayıb. 1980-ci illərin əvvələrində oynanılan "Dahi" adlı pantomim pyesin müəllifi olub.

Aktyorun oğlu müsahibələrinin birində atası haqqında belə deyib:

"Onun böyük arzuları var idi. Bulvarda yay teatrı açmaq istəyirdi. Uşaq teatrı layihəsi vardı. Aparıb layihəni ideyadan nizamnaməyədək təqdim edirdi, deyirdilər, gözlə. İnsan ömrü gözləmir axı... Bir də baxırdıq ki, götürüb özləri işləyiblər. Amma onlar Fərmanın inamını qıra bilmirdilər. O hər dəfə ilk dəfəymiş kimi insanlara inanırdı...".

Fərman Şəkili sakit təbiətli, üzüyola, sadə və səmimi insan idi . Onu fərqləndirən və tamaşaçıya sevdirən də elə məhz bu xüsusiyyətləri olub.
Klounluğu Azərbaycana gətirən aktyor: xəstəliyini ailəsindən gizlətdi, son nəfəsində... - FOTOEvdə uşaqlarına münasibəti ciddi olub. Onlara Sabirin "Hophopnamə"sini əzbərlətdirir, Motsarta, Şopenə qulaq asmağı öyrədərmiş.

O, "Aşkarsızlıq şəraitində..." , "Boş yer" , "Zirzəmi", "Fransız", "Həmziyarət, həmticarət", "Yarımştat" , "Min birinci söz", "Otel otağı", "Sarı gəlin", "Mişovul ovu" , "Bir anın həqiqəti" , "Yalan", "Günaydın, mələyim!", "Komediya səhnəsi", "İstanbul reysi" filmlərində özünəməxsus obrazlarla yadda qalıb.

Fərman Şəkili xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Xəstəliyini ailəsindən gizlədən Fərman ilk dəfə sirrini dostuna açır. Emalatxanada görüşən dostlar hər dəfə 2-3 qutu siqaret çəkər, dərdləşərlərmiş. Bir gün Fərman kefsiz emalatxanaya gəlir və dostuna deyir ki, siqareti tərgit. Dostu ona baməzə cavab verir: "Neçə illik stajım var, batar axı". Onda Fərman dostuna deyir ki, bununla zarafat etməsin, siqaret üzündən artıq onun ciyərlərində ciddi problem yaranıb.
Klounluğu Azərbaycana gətirən aktyor: xəstəliyini ailəsindən gizlətdi, son nəfəsində... - FOTOFərman Şəkili 11 ay xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra 2013-cü ildə, 58 yaşında vəfat edib. Həyat yoldaşı aktyorun son anlarını belə xatırlayır: "...əllərini sinəsində çarpazlayıb göz qapaqlarını sıxıb açdı. Mən anlamadım. Sən demə o "bitdi" demək istəyirmiş. Bir neçə saniyə keçmədi ki, dedilər, ruhunu tapşırıb".

Həyat yoldaşı Fərmanın ölümündən sonra nəvələrinə onun hara getdiyini belə izah edib: "Gedib Allahın yanına, şəklinin qabağında şam yandıranda sizi görür, özünüzü ağıllı aparın".

Uşaqları güldürmək, onları xoşbəxt görmək üçün tullanıb düşən, balacalar sevinsin deyə əlindən gələn hər şeyi edən gülməli adam ruhunuz şad olsun. Həmişə xatirələrdəsiniz.
Klounluğu Azərbaycana gətirən aktyor: xəstəliyini ailəsindən gizlətdi, son nəfəsində... - FOTOKlounluğu Azərbaycana gətirən aktyor: xəstəliyini ailəsindən gizlətdi, son nəfəsində... - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6468   Tarix: 06 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DİQQƏT! - Ayın 21-i Bakıda bu yol TAM BAĞLANACAQ

Aeroport şosesinin hər iki istiqamətində fevralın 21-də saat 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri alternativ yollara yönləndiriliəcək. Bu barədə -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, fevralın 21-də Suraxan

18 fevral
.

"Delmar Residence"də 9800 manatlıq oğurluq

Xəzər rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərən "Delmar Residence" istirahət kompleksində oğurluq hadisəsi baş verib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, kompleksdə evlərin icarəsini həyata keçirən şəxsin 9800 manat pulu oğurlanıb. Sonradan məlum olub ki, pulu zərərçəkmişlə bi

18 fevral
.

Xəyanətdən sonra münasibəti davam etdirmək istəyən insanın psixologiyasında nə baş verir? - AÇIQLAMA

Xəyanət münasibətlərdə ən sarsıdıcı travmalardan biridir. Çünki burada təkcə partnyor yox, eyni zamanda insanın güvən hissi, özünə inamı və münasibətə dair bütün təsəvvürləri zərbə alır. Buna baxmayaraq, bəzi insanlar xəyanətdən sonra münasibəti bitirmək əvəzinə davam etdirməyi seçir. Bu qərar kənarda

17 fevral
.

"Epşteyn tez-tez "hərəmxana planı"ndan bəhs edir və özünü "sultan" adlandırırdı" - FOTO

Azyaşlılara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbs olunan və ABŞ həbsxanasında ölü tapılan Ceffri Epşteynlə bağlı yeni məlumatlar ortaya çıxıb. xarici mediaya istinadən xəbər verir ki,xəbər verir ki, Epşteynin qurbanlarından daha biri mətbuata danışıb. Epşteynin qurbanlarında

18 fevral
.

19 yaşlı tələbə dərmandan zəhərləndi

Ağdamda 19 yaşlı tələbə dərmandan zəhərlənib. "Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Tələbə Əliyeva Ayşən Qorxmaz qızı qəbul etdiyi dərman vasitəsindən zəhərlənib. O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta ağır qiymətləndirilir. Qey

17 fevral
.

Adil Əliyevə buna görə töhmət verilib

Xəbər verdiyimiz kimi, bu gün Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib. Trend-in əldə etdiyi məlumata görə, A.Əliyevə töhmət verilməsinə səbəb rayon ərazisində qanunsuz tikintilərin sayının çoxluğu olub. Belə ki, müşavirəd

17 fevral
.

"Binə"də dava-dalaş saldı - Həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən "Binə" ticarət mərkəzində ictimai asayişi pozan şəxs inzibati məsuliyyətə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə ticarət mərkəzinin ərazisində yerləşən "Nəvələrim" kafesində baş verib. Belə ki, bir neçə gün əvvə

18 fevral
.

Temperatur enəcək, qar yağacaq - Xəbərdarlıq

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, ayrı-ayrı yerlərdə yağıntıları

18 fevral
.

Daha 17 itkin şəhidimiz dəfn ediləcək - İkisi qadındır - Siyahı

19-20 fevral tarixlərində 17 itkin şəhidimiz dəfn ediləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Fevralın 19-u saat 13:00-da Azad Sabir oğlu Cəlilov Ucar rayonu, Alpoud kənd qəbiristanlığında

18 fevral