Valideynlərdən biri uşağın ölkədən çıxarılmasına razılıq vermədikdə hüquqi prosedur necə aparılır? - AÇIQLAMA
Boşanma və ya ayrı yaşama hallarında ən çox mübahisə doğuran məsələlərdən biri uşağın ölkədən çıxarılmasıdır. Xüsusilə valideynlərdən biri buna razılıq vermədikdə vəziyyət həm hüquqi, həm də emosional baxımdan mürəkkəbləşir. Bir çox valideynlər düşünür ki, uşaq onun himayəsindədirsə, sərbəst şəkildə xaricə apara bilər. Lakin qanunvericilik bu məsələni daha həssas və konkret qaydalarla tənzimləyir.
Bəs görəsən valideynlərdən biri uşağın ölkədən çıxarılmasına razılıq vermədikdə hüquqi prosedur necə aparılır?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Hüquqşünas olaraq qeyd etməliyəm ki, yetkinlik yaşına çatmayan uşağın ölkədən çıxarılması üçün, bir qayda olaraq, hər iki valideynin razılığı tələb olunur. Əgər valideynlərdən biri razılıq vermirsə, məsələ məhkəmə qaydasında həll edilir.
Bu halda atılmalı olan hüquqi addımlar belədir:
İlk növbədə, uşağı ölkədən çıxarmaq istəyən valideyn məhkəməyə müraciət etməlidir. İddia ərizəsində səfərin məqsədi (müalicə, təhsil, istirahət və s.), müddəti və uşağın mənafeyinə uyğunluğu əsaslandırılmalıdır.
Məhkəmə işə baxarkən əsas meyar kimi "uşağın üstün mənafeyini" götürür. Yəni qərar valideynlərin şəxsi münasibətlərinə görə deyil, uşağın psixoloji, fiziki və sosial rifahı baxımından verilir.
Əgər səfər müvəqqətidirsə və uşağın geri qaytarılacağına dair risk yoxdursa, məhkəmə digər valideynin razılığı olmadan da ölkədən çıxışa icazə verə bilər. Lakin daimi yaşayış yerinin dəyişdirilməsi məsələsi daha mürəkkəbdir və burada daha ciddi əsaslandırma tələb olunur.
Bəzi hallarda valideyn uşağın ölkədən çıxışına qadağa qoyulması üçün də müraciət edə bilər. Bu zaman sərhəd orqanlarına müvafiq məlumat ötürülür və məhkəmə qərarı olmadan uşağın çıxışı mümkün olmur.
Vacib məqam odur ki, uşağı digər valideynin razılığı və ya məhkəmə qərarı olmadan ölkədən çıxarmaq hüquqi məsuliyyət yarada bilər. Bu, həm inzibati, həm də müəyyən hallarda daha ağır hüquqi nəticələrə səbəb ola bilər.
Yekunda vurğulamaq lazımdır ki, belə mübahisələrdə əsas prioritet valideynlərin emosional qarşıdurması yox, uşağın təhlükəsizliyi və gələcək maraqları olmalıdır. Məhkəmələr də qərar verərkən məhz bu prinsipi əsas götürür".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1558 Tarix: 17 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mədət Quliyev oğlu ilə toyda - Foto
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun
19 sentyabrAzərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf
19 sentyabrDövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar
19 sentyabrQaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrPensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI
İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın
19 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabr