Xəyanətdən sonra münasibəti davam etdirmək istəyən insanın psixologiyasında nə baş verir? - AÇIQLAMA
Xəyanət münasibətlərdə ən sarsıdıcı travmalardan biridir. Çünki burada təkcə partnyor yox, eyni zamanda insanın güvən hissi, özünə inamı və münasibətə dair bütün təsəvvürləri zərbə alır. Buna baxmayaraq, bəzi insanlar xəyanətdən sonra münasibəti bitirmək əvəzinə davam etdirməyi seçir. Bu qərar kənardan zəiflik kimi görünə bilər, amma psixoloji baxımdan proses daha mürəkkəb və çoxqatlıdır.
Bəs görəsən xəyanətdən sonra münasibəti davam etdirmək istəyən insanın psixologiyasında nə baş verir?
Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Xəyanətdən sonra münasibəti davam etdirmək istəyən insanın daxilində bir neçə paralel emosional proses gedir.
İlk olaraq, güclü ziddiyyət yaşanır. İnsan həm incimiş, alçaldılmış və qəzəbli olur, həm də hələ də sevdiyini hiss edir. Beyin "məni incitdi" deyir, emosional bağ isə "onu itirmək istəmirəm" deyə müqavimət göstərir. Bu daxili konflikt ciddi psixoloji yorğunluq yaradır.
İkinci mühüm məqam travmatik bağlanmadır. Xəyanət güclü stres reaksiyası yaradır və bu vəziyyətdə insan paradoksal şəkildə partnyora daha çox bağlana bilər. Çünki beyin təhlükə mənbəyini itirmək yox, onu nəzarətdə saxlamaq istəyir. Bu, xüsusilə uşaqlıqda tərk edilmə qorxusu yaşamış insanlarda daha qabarıq görünür.
Üçüncü faktor özünüdəyər məsələsidir. Bəzi insanlar xəyanəti öz üzərinə götürür: "Bəlkə mən yetərli olmadım?", "Hardasa səhv etdim". Bu düşüncə münasibəti xilas etməyi bir növ özünü sübut etmə cəhdinə çevirir. İnsan partnyoru yox, əslində öz dəyərini qorumağa çalışır.
Digər tərəfdən, uzunmüddətli münasibətlərdə ortaq həyat, uşaqlar, sosial mühit, maddi bağlılıq kimi faktorlar qərara təsir edir. İnsan yalnız sevgini yox, qurduğu sistemi də itirməkdən qorxur.
Amma ən vacib məqam budur: münasibəti davam etdirmək istəyi həmişə zəiflik demək deyil. Bəzən bu, şüurlu seçim olur. Əgər xəyanət edən tərəf məsuliyyət götürür, açıq ünsiyyət qurulur və etibar tədricən bərpa edilirsə, münasibət əvvəlkindən daha sağlam formaya keçə bilər. Lakin əgər inkar, manipulyasiya və ya təkrarlanan xəyanət varsa, davam etmək insanın özünə zərər verməsi ilə nəticələnə bilər.
Xəyanətdən sonra verilən qərar əslində bir sualla bağlıdır: "Mən bu münasibətdə qalaraq özümü itirirəm, yoxsa özümü qoruyaraq qalmağı bacarıram?"
Əsas psixoloji fərq də məhz burada yaranır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1123 Tarix: 17 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mədət Quliyev oğlu ilə toyda - Foto
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun
19 sentyabrAzərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf
19 sentyabrDövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar
19 sentyabrQaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrPensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI
İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın
19 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabr