Dünənki ağır qəzada təhlükəsizlik yastıqları niyə açılmadı?

Dünənki ağır qəzada təhlükəsizlik yastıqları niyə açılmadı?Ötən gün Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində aşan "Hyundai SantaFe" markalı avtomobilin hava şarlarının açılmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

"Qafqazinfo" xəbər verir ki, ailədən bir nəfərin ölümü, 3 nəfərin isə ağır xəsarət alması ilə nəticələnən hadisədə təhlükəsizlik sisteminin işə düşməməsi polisin və hadisə şahidlərinin diqqətini çəkib.

Daha əvvəl də müasir maşınların iştirakı ilə baş vermiş bəzi qəzalarda bu kimi halların təkrarlanması insanlarda suallar yaradıb. Sözügedən qəzada avtomobilin yüksək sürətlə qəzaya düşməsi və ciddi zərbəyə məruz qalması bu mülahizələri daha da gücləndirib.

Avtomobillər üzrə mütəxəssis Elgün Xıdırov saytımıza açıqlamasında bildirib ki, qəzaya uğrayan avtomobillərdə təhlükəsizlik sistemlərinin işə düşməməsi müxtəlif səbəblərdən qaynaqlana bilər:

"Avtomobillərdə təhlükəsizlik sistemləri iki cür olur: passiv və aktiv sistemlər. Aktiv sistemlər qəzanın qarşısını almaq üçün olan sistemlərdir. Passiv sistemlər isə qəza baş verdikdən sonra sürücünü, sərnişinləri qoruyacaq sistemlərdir. Təhlükəsizlik yastıqları və onlarla eyni alqoritmdə işləyən təhlükəsizlik kəmərləri passiv sistemə aiddir.

"Qəza baş verərkən təhlükəsizlik yastıqları niyə açılmayıb?" sualının fərqli cavabları ola bilər. Çox nadir hallarda olsa da, bu, zavod qüsurları ilə bağlı ola bilər. Tarixdə belə faktlar olub, ekspertizalar keçirilib və təsdiqini tapıb. İkincisi, bu sistemlər - SRS sistemləri çox mürəkkəb alqoritmlər əsasında işləyir. Bu alqoritmlər avtomobilin sürəti, zərbənin gücü və bucağından asılı olaraq işə düşür. Yəni, qeyd etdiyim şərtlərdən asılı olaraq yastıqlar açıla da bilər, açılmaya da. Əgər avtomobil çox sürətlə hərəkət edərkən idarəetmədən çıxaraq aşırsa, elektron sistem, yəni beyin hesablaya bilər ki, bu vəziyyətdə yalnız təhlükəsizlik kəmərlərini sıxmaq lazımdır və hesab edir ki, kəmərlər sürücünü və sərnişinləri qoruyacaq. Həmin vaxt elektron sistem qərara gəlir ki, təhlükəsizlik yastığı bu vəziyyətdə funksional rol oynamır. Bu da hava yastıqlarının açılmamasına səbəb ola bilər.
Dünənki ağır qəzada təhlükəsizlik yastıqları niyə açılmadı?Üçüncü məsələ o ola bilər ki, ölkəyə xaricdən gətirilmiş bir çox avtomobillər daha əvvəl qəza keçirmiş nəqliyyat vasitələridir. Daha sonra qəza keçirmiş avtomobil düzgün təmir edilmir və ya aldatma baş verir. Aldatma da ondan ibarətdir ki, SRS sisteminin işləkliyini təmin edən sistemdə nasazlıq olarsa, idarəetmə panelində nöqsanın olması barədə işarə çıxır. Bunu təmir etmək isə kifayət qədər baha başa gəlir, həmin blokun alınması, təhlükəsizlik yastıqlarının alınması, kəmərlərin prepatronlarının yenilənməsi bir neçə min dollar edir. Bu xərcləri çəkməmək üçün ora müdaxilə edirlər, naqillərə yalançı müqavimət qoyurlar. Faktiki olaraq avtomobilin idarəetmə panelində heç bir səhv çıxmır, yəni maşında nöqsanın olması ilə bağlı cihazlar panelinə "aşıbka" dediyimiz işarə çıxmır. Amma qəza baş verərsə, heç bir funksionallıq da olmur, əslində sistem işləmir".

Elgün Xıdırov əlavə edib ki, avtomobillərdə təhlükəsizlik sistemlərinin işləməməsinin başqa texniki səbəbləri də ola bilər: "Bəzən sürücülərin özlərinin istəyi ilə avtomobildəki hansısa təhlükəsizlik yastıqları da söndürülür. Amma bu bütün təhlükəsizlik yastıqlarına şamil olunmur. Və yaxud total olaraq bütün sistemi də söndürmək mümkündür, az ehtimal olsa da, həmin sistemin xaricdən sönülü vəziyyətdə gəlməsi də mümkündür".

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə açıqlamasında bildirdi ki, avtomobildə qəza zamanı təhlükəsizlik sisteminin tam və ya qismən işləməməsinin səbəbini müəyyən etmək məqsədilə texniki ekspertiza təyin edilməlidir: "Bunu istintaqın və məhkəmənin təşəbbüsü ilə etmək mümkündür. Əgər həmin instansiyalar müvafiq ekspertizanı təyin etməzsə, bu məsələdə maraqlı olan şəxslər mülki icraat qaydasında avtomobilin təhlükəsizlik sistemləri ilə bağlı müstəqil ekspertiza təyin etdirə bilərlər. Passiv təhlükəsizlik sisteminin işləməməsinin isə müxtəlif səbəbləri ola bilər. Hətta bəzən bəzi sürücülərin yanlış mülahizələrə inanaraq özlərinin SRS sistemini söndürməsi də baş verir. Bir çox insanlar düşünürlər ki, təhlükəsizlik yastıqları xırda bir hadisə zamanı da açılır və bu zaman ona xeyli ziyan dəyə bilər. Ona görə də öncədən həmin elektron sistemə müdaxilə edərək söndürürlər".
Dünənki ağır qəzada təhlükəsizlik yastıqları niyə açılmadı?Ərşad Hüseynov vurğulayıb ki, martın 5-i ödənişli yolda baş vermiş qəzada güclü frontal zərbə olmayıb: "Görüntülərdən də məlum olur ki, avtomobil aşaraq yuvarlanıb, güclü fontal zərbə, toxunma yoxdur. Təhlükəsizlik yastıqlarının iş rejimi müəyyən intensivlikdə zərbəyə hesablanıb. Bu zaman avtomobilin beyni təhlükəsizlik yastıqlarının açılmamasına qərar verə bilər. Həmin anlarda isə sırf təhlükəsizlik kəmərləri funksional olur və sürücü və sərnişinlərin həyatını xilas edir. Həmçinin ödənişli yolun bəzi yerləri təhlükəlidir. Sürücünün idarəetməsindən çıxan avtomobilin aşması qaçılmaz olur. Sürücülər bunu əvvəlcədən bilməlidir".

Qeyd edək ki, martın 5-də Şabran rayonu ərazisində baş vermiş qəza zamanı avtomobildə olan sürücünün 1 yaşlı övladının aşma nəticəsində nəqliyyat vasitəsindən çıxaraq bir qədər aralı düşməsi bildirilir. Hadisə vaxtı təhlükəsizlik kəməri taxmayan sürücünün xanımı isə dünyasını dəyişib. Sürücü və onun ailə üzvü olan digər sərnişin isə xəstəxanaya yarləşdirilib. Hazırda körpənin və digər yaralıların müalicəsi davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 991   Tarix: 06 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK

Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb. Sənəddə qeyd olunur ki, müvafi

8 aprel
.

"Şirkətin mənə 2800 manat borcu var" - İşçilər niyə yeddi aydır maaş ala bilmirlər? - VİDEO

Gəncə şəhərində su və kanalizasiya xətlərinin yenilənməsi layihəsinə cəlb olunan bir qrup işçi maaşlarının ödənilməməsindən şikayətçidir. xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir. Şikayətçilərin bildirdiyinə görə, onlar layihənin podratçısı olan "Maqro Construction" şirkət

9 aprel
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda aprelin 9-da havanın arabir yağışlı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərd

8 aprel
.

Yevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsü qəza törədib. -ın məlumatına görə, Yevlax rayon sakini Elçin Şakir oğlu Heydərov 77-GO-630 dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobilin idarəetməsini itirib və yolu keçən rayon sakin

8 aprel
.

13 nömrəli avtobus sürücüləri arasında nə baş verir? "Sərnişinləri qoyub getdi" - ŞİKAYƏT

Bu gün səhər saatlarında paytaxtda ictimai nəqliyyatla bağlı növbəti narazılıq qeydə alınıb. Bu barədə -a məlumat daxil olub . Sərnişinlərin sözlərinə görə, 13 nömrəli avtobus Koroğlu metro stansiyası yaxınlığındakı dayanacağa uzun fasilədən sonra çatıb. Dayanacaqda 50-dən çox sərnişin gözlədiyi halda

8 aprel
.

"Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib"

Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanı

9 aprel
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda aprelin 10-da havanın əsasən yağmursuz, rayonlarda isə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qər

9 aprel
.

Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı

Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri polkovnik-leytenant Anar Pirməmmədov vəzifəsinə qaytarılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, model və bloger Çelsi Baxşıyevanın yaydığı videolarla gündəmə gələn Anar Pirməmmədovun sözügedən hadisəyə görə fövqəlad

8 aprel
.

"Mediline" Tədris Mərkəzindən şikayət: "Məni aldatdılar, ilkin vədlər sonradan öz təsdiqini tapmadı"

"Mediline" Tədris Mərkəzindən şikayət var. Bu barədə -ya zərərçəkmiş vətəndaşdan daxil olan məlumatda deyilir. "Sosial şəbəkədə "Mediline" Tədris Mərkəzi ilə bağlı reklam qarşıma çıxdı. Mərkəzlə əlaqə saxladıqdan sonra özünü operator kimi təqdim edən Nigar adlı xanım məniml

8 aprel