Azərbaycanda hansı banklar BAĞLANA BİLƏR? - AÇIQLAMA

Azərbaycanda hansı banklar BAĞLANA BİLƏR? - AÇIQLAMAMəlum olduğu kimi, "Günay" və "Mugan" bankları bağlanıb. Təbii ki, bu bankların fəaliyyətlərini dayandırması əhali arasında tışviş yaratdı. Bu baxımdan vətəndaşlar kreditlərin ödənilməsi, o cümlədən əmanətlərin qorunması baxımından banklara etibar etmir. Bəs Azərbaycanda hansı banklar bağlanma təhlükəsi ilə üz-üzədir?

Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Sonxeber.az-a açıqlamasında deyib ki, Azərbaycanda bir müddət 90-cı illərin əvvəllərində bank sistemləri ilkin olaraq həyata keçirildi. Nisbətən iqtisadiyyat güclənməyə doğru getdikcə, digər banklar formalaşmağa başladı və köhnələr sıradan çıxdı. Yeni bankların formalaşması 90-cı ildən sonra başlandı:

"Burada xüsusilə Mərkəzi Bankın Azərbaycan Respublikasının "Bank fəaliyyəti haqqında" qanunvericiliyin, "Bank və bank olmayan kredit təşkilatları haqqında" qanunvericilik ortaya çıxdı. Müəyyən inkişaf mərhələsi getdikcə, onlara yeniliklər əlavə edilməyə başladı. Günay, Muğan banklarının bağlanmasının səbəbi həmin qanunvericiliyin tələblərinə, Mərkəzi Bankın təlimatlarına və reqlamentlərinə, müəyyən edilmiş standartlara zidd olaraq fəaliyyəti ilə bağlıdır. Azərbaycanda bank fəaliyyəti, xüsusilə sonuncu devalvasiyadan sonra inkişafa doğru getdi. Əvvəllər bir sıra banklar var idi. Bank sektorunu 10 il əvvəlki ilə müqayisə etsək, görərik ki, xeyli inkişaf etmişik və yeni texnologiyaların tətbiqi keçirilir. Müştərilərin maraqlarının müdafiəsi daha da gücləndirilib. "3D secure" sistemi dünyada və Azərbaycanda tətbiq olundu. Bundan başqa əmanətlərin qorunması istiqamətində bir sıra qanunverici sənədlər qüvvəyə mindi. O cümlədən əmanətlərin sığortalanması ilə bağlı məsələlər ortaya çıxdı.

Ekspertin sözlərinə görə, bankların bağlanması əhali arasında təşviş yaranmasına gətirib çıxardı. Bunu da təbii qəbul etmək olar. Amma, faiz məsələlərini kənara qoysaq, digər məsələlər üzrə bank sektoru normal fəaliyyət göstərir:

"Həmin banklar müəyyən olunmuş qaydalardan kənara çıxmalarına görə bağlandı. Nizamnamə kapitalı ilə bağlı müəyyən qaydalar var idi. Onlara əməl etmədilər. Əmanəti məsələləri ilə bağlı həyata keçirməli olduqları öhdəliklər var idi. Onları yerinə yetirmədilər. Ancaq Azərbaycanda elə banklar var ki, adları dəyişsə də 100 ildən çox fəaliyyət göstərir. Bu istiqamətdə düşünürəm ki, belə bir sıxıntı olmaz. Hal-hazırda praktikada müxtəlif banklar var. Ən azından hamımız plastik kartlardan istifadə edirik. Bunun hansının yaxşı yaxud pis olduğunu görürük. Plastik kartlardan istifadə edən vətəndaş hansı bankın xidmətinin yaxşı yaxud aşağı olduğunu bilməkdə çətinlik çəkmir. Plastik kartdan istifadə zamanı faiz tutulmalarında, köçürmələr fonunda bilmək olur ki, bu xidmətlər təkmil həyata keçirir. Eyni zamanda banklarda əmanətlərin qorunması məsələsində bu proseslər özünü göstərir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2917   Tarix: 06 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala

29 sentyabr
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilə

29 sentyabr
.

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA

2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd

30 sentyabr
.

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind

30 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

30 sentyabr
.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr