Prezidentin yeni vəzifə verdiyi Elçin Yusubov kimdir? - DOSYE
Prezident İlham Əliyev Elçin Mustafa oğlu Yusubovun Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Oxu.Az Prezidentinin xüsusi nümayəndəsi təyin edilən şəxsin dosyesini təqdim edir:
Elçin Mustafa oğlu Yusubov 1975-ci il 8 avqust tarixində anadan olub.
1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmənin təşkilatçısı ixtisası üzrə, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu kredit iqtisadçı ixtisası üzrə bitirib.
Özəl sektorda, Azərbaycan Respublikası Ticarət Nazirliyində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun 1-ci müavini, baş direktor, Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 3 övladı var.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
Kiçik görünüş, böyük sağlamlıq faydaları
Bir qəpiklik yumurtalarla bağlı AQTA-dan AÇIQLAMA
Metroda oğurluq anı kameralara düşdü: Şübhəli saxlanıldı
Yeni doğulan körpənin çəkisi onun gələcək intellektinə necə təsir edir? - ARAŞDIRMA
Bakının bir qəsəbəsində SÖKÜNTÜ BAŞLADI: Kompensasiya veriləcək
Tribunada gözlənilməz anlar: telefonu aşağı düşdü - VİDEO
"Gecə evimə basqın edib maşını tələb etdilər" - Vətəndaşların avtomobilini əlindən alan dələduzluq şəbəkəsi - VİDEO
Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO
Bu ölkəyə getmək üçün viza lazım olmayacaq
Oğlan uşaqlarına bu sözləri qətiyyən deməyin
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO
Toyda şampanla rəqs etmək istəyən bəy, gəlini yerə yıxdı - VİDEO
Unikal yeraltı şəhərcik - Başçı aşkarlanan tunelləri təqdim etdi - VİDEO
Cenifer Lopes bu kostyumu ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ