İpoteka yolu ilə ev alan şəxs vəfat edərsə, onun borcunu KİM ÖDƏYİR?
İpoteka ilə ev alqı-satqısında ilk olaraq alıcı ilə razılaşma əldə edilir. Daha sonra ipotekanın yerləşdiyi bankla əlaqə saxlanılır və kreditin köçürülməsi həyata keçirilir. Yəni evin borcu yeni alıcıya keçir. Daha sonra alıcı hissə-hissə ödəməklə krediti tam ödədikdən sonra mülkiyyəti adına keçirə bilər. İpoteka vaxtı bitməmiş şəxs əgər vəfat edərsə, onun borcunu kim ödəyir?
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sonxeber.az-a açıqlama verib:
"Hər hansısa bir əmlak əgər ipoteka yaxud digər kreditli vasitələrlə əldə olunursa, həmin əmlak sənəd olaraq vətəndaşın, alıcının öz adına qeydiyyatdan keçsə də, rəsmi olaraq yüklü olaraq göstərilir. Yəni bankın balansında yüklü olaraq qeyd olunur. Kredit ödənilib tam bitdikdən sonra, yalnız həmin yüklülük üzərindən götürülür. Vətəndaşın bu zaman tam mülkiyyətinə keçirilir. Əgər kreditlə mənzil alan şəxs həyatını itirirsə, təbii ki, ailəlidirsə həyat yoldaşı yaxud övladı, vərəsəlik götürür. Həmin krediti isə o vərəsələr ödəməlidir. Əgər şəxsin hansısa bir vərəsəsi yoxdursa, vərəsənin ödəmə qabiliyyəti yoxdursa, o zaman bu əmlak hərrac vasitəsilə satılır. Banka qalan borc hissəsi banka göndərilir və kredit bağlanılır. Digər hissə isə mənzilin keçmiş sahibinin yaxınlarına ödənilir. Təbii ki, burada ölüm haqqında şəhadətnamə tələb olunur. Vərəsələrin vərəsəliyi sübut edən sənədlər tələb olunur. Eyni zamanda vərəsənin əmlakı öz adına keçirib ödənişi davam etdirə bilər. Digər tərəfdən o əmlak satılıb vərəsələr arasında yerdə qalan pul bölünə bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2131 Tarix: 07 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah da yağış yağacaq
Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
29 sentyabrBakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video
Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli
29 sentyabrAzərbaycanda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub
29 sentyabrAzərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır
30 sentyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrNazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."
Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua
29 sentyabrBu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur
30 sentyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabr