Avropa təşvişdə: tutuquşu qızdırmasından ölümlər artır
Beş Avropa ölkəsində insanlar arasında tutuquşu qızdırmasına (psittakoz) yoluxma halları sürətlə artır.
Sonxeber.az medicina.az-a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliklə bağlı təcili xəbərdarlıq edib.
"Chlamydophila Psittaci" bakteriyasının törətdiyi virusa görə çoxsaylı ölüm xəbərləri Avropanı təşvişə salıb.
Avstriya, Danimarka, Almaniya, İsveç və Hollandiyada ilin əvvəlindən bəri 15 ilə 30 arasında yoluxma faktı aşkarlanıb. Hollandiyada təsdiqlənmiş beş ölüm faktı qeydə alınıb. Avstriya da bir neçə insanın xəstəlikdən öldüyünü təsdiqləsə də, ÜST-ə dəqiq rəqəm təqdim etməyib.
ÜST əsasən quşçuluq işçilərinin, baytarların, ev quşu saxlayanların və bağbanların təhlükə altında olduğunu açıqlayıb.
Xəstəliyin insanlara ötürülməsi əsasən tənəffüs yolu ilə, qurudulmuş nəcisdən və ya lələklərdən olan hissəciklərin inhalyasiyası ilə baş verir. İnfeksiyanın yoluxması üçün quşlarla birbaşa təmasda olmaq lazım deyil.
İnsanlarda simptomlara qızdırma, titrəmə, baş ağrısı, əzələ ağrıları və quru öskürək daxildir. Simptomlar adətən infeksiyaya yoluxduqdan 14 gün sonra üzə çıxır.
ÜST ev quşları saxlayan insanlara qəfəsləri təmiz saxlamağı, qəfəslərdəki quş sayının çox olmamasına diqqət yetirməyi və əllərini tez-tez yumağı tövsiyə edib.
ÜST qeyd edib ki, bu xəstəliyi daşıyan quşlar beynəlxalq sərhədləri keçə bilsələr də, hazırda xəstəliyin beynəlxalq miqyasda yayılmasına dair heç bir əlamət yoxdur.
"Ümumiyyətlə, insanlar tutuquşu qızdırmasına səbəb olan bakteriyaları başqa insanlara yoluxdurmurlar, ona görə də xəstəliyin insandan insana keçmə ehtimalı azdır. Dəqiq diaqnoz qoyularsa, bu patogen antibiotiklərlə müalicə edilə bilər", - deyə ÜST-dən bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?
Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman
9 sentyabr 2021Arpa suyu - süd artıran vasitə
Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır
8 sentyabr 2021Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?
Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli
17 sentyabr 2021Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA
Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy
14 sentyabr 2021Zəncəfil və sarıkökün bilinməyən zərərləri
Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib
14 sentyabr 2021Bronxlarda olan problemlər üçün sınanmış məcun
Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar
17 sentyabr 2021Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri
11 sentyabr 2021Qızdırmanı salmağa tələsməyin!
Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm
17 sentyabr 2021