Atası terrorda şəhid olmuşdu... - "Azəriqaz"ın yeni baş direktoru kimdir?
Xəbər verdiyimiz kimi, "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib, onun yerinə isə Azər Məmmədov təyin olunub.
"Qafqazinfo"nun məlumatına görə, bu təyinatadək qurumda baş direktorun müavini vəzifəsində çalışan Azər Məmmədov şəhid oğludur.
Belə ki, onun atası Vəli Məmmədov 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulmuş helikopterdə olub. Mərhum deputat V.Məmmədov terror hücumunda həyatını itirən 22 nəfərdən biridir.
Maraq üçün onu da qeyd edək ki, Təhlükəsizlik Şurasının növbəti iclasında iştirak etmək üçün tərtib olunan siyahıdan əvvəlcə millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədovun adları çıxarılıb. Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Nəticədə Deputatlar Vaqif Cəfərov və bu gün təyin olunan "Azəriqaz"ın baş direktorunun atası Vəli Məmmədovun adı yenidən siyahıya daxil edilir.
Qeyd edək ki, V.Məmmədov 1931-ci ildə Yardımlıda anadan olub.
Fotoda Vəli Məmmədov ailə üzvləri ilə...

Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1294 Tarix: 11 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan xalqının xilaskarı - Heydər Əliyev
Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi. Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərl
8 iyunHüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal
25 iyunBir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb
Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca
25 iyun