BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək
BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Azərbaycana səfər edəcək.
Bu barədə "Report"a açıqlamasında Baş Assambleya prezidentinin sözçüsü Monika Qreyli deyib.
O bildirib ki, Frensis martın 15-də Bakıda keçiriləcək 11-ci Qlobal forumda iştirak edəcək:
"Prezident forumda çıxış edərək, dünyada davam edən geosiyasi gərginliyi aradan qaldırmaq, eləcə də, beynəlxalq əməkdaşlığı bərpa etmək üçün həmrəylik, dialoq və diplomatiyanın zəruriliyini vurğulayacaq. BMT Baş Assambleyasınn prezidenti, o cümlədən noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransı üçün qarşıya qoyula biləcək məqsədlərə dair panel müzakirəsində iştirak edəcək".
Sözçü əlavə edib ki, Baş Assambleyanın prezidenti Bakıda bir sıra hökumət və dövlət nümayəndələri ilə görüşlər keçirəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA