Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin açılışı olub - FOTOLAR

Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin açılışı olub - FOTOLARÖlkəmizin öz sahəsində böyük müəssisələrindən biri olan Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin açılış mərasimi keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, Venta şirkətinin əməkdaşlıq etdiyi kommersiya təşkilatlarının vəzifəli şəxləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçılarına şirkətin fəaliyyəti və məqsədi barədə geniş məlumat verilib.

Qeyd edilib ki, şirkət ilk dəfə olaraq fəaliyyətə 2012-ci ildə başlayıb. Amma sonradan fəaliyyətini dayandırıb. 2023-cü ildə fəaliyyətini bərpa edən şirkət hazırda ölkəmizdə işsizliyin aradan qaldırılmasına, vətəndaşların məşğulluq səviyyəsinin artırılmasına və peşə fəaliyyətlərinin inkişafına öz töhfəsini verir.

Bildirilib ki, hər ay 300-dən çox vətəndaş Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzində müvafiq peşələrə tam ödənişsiz yiyələnərək işlə təmin olunurlar.

Tədbirdə qeyd edilib ki, şirkətin əsas məqsədi mütəxəssisləri arzuladıqları işi tapmaqda köməklik göstərmək, eyni zamanda ölkədə işsizliyin aradan qaldırılması istiqamətində dövlətə dəstək göstərməkdir.

Diqqətə çatdırılıb ki, şirkətin fəaliyyəti dövründə yaradılan xüsusi proqram vasitəsilə minlərlə vətəndaşın CV-si bazada qeydiyyata alınıb. İş axtaranlar aktiv vakansiyalarla mütəmadi olaraq təmin olunduğu üçün CV bazası da daima yenilənir.

Daha sonra şirkətin maddi texniki bazasına baxış keçirilib. Tədbir iştirakçıları ən son avadanlıqlarla təhciz edilmiş təlim otaqları, gözləmə zalları, qəbul və digər yardımçı otaqlarla tanış olublar.

Vurğulanıb ki, Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzi vətəndaşlara xidmət zamanı ən son yeniliklərdən istifadə edir. Şirkətin daxili sistemi vasitəsi ilə vətəndaşların CV-ləri bazaya daxil edilir, CV-si bazaya daxil edilmiş vətəndaşlar ixtisaslı kadr kimi formalaşmaları üçün avtonom sistemlə təlimlərə cəlb edilir. Təlimləri uğurla başa vuran vətəndaşlar isə işlə təmin olunurlar.

Diqqətə çatdırılıb ki, ixtisaslı kadr hazırlığının keyfiyyətini yüksəltmək məqsədi ilə təşkil edilən peşə yönümlü təlimlər nəzəri və praktiki hissədən ibarət olmaqla aparılır.

Mərasimdə qonaqlara hazırda tədris olunan təlimlər barədə də məlumat verilib.

Qeyd edilib ki, hazırda qeydiyyatçı, aşpaz, sürücü, xarici dil, nəzarətçi, dayə, İT, qənnadçı, şirniyyatçı, ofisiant, otel xadiməsi, Çağrı Mərkəzi üzrə operator, kompüterlərin təmiri və xidməti üzrə texnik, ilkin tibbi yardım, SƏTƏM, HR, satış, mühasib, çörəkçi, təchizat üzrə agent, xəzinədar, SMM, konfrans və tədbir təşkilatçısı və s. təlimlər tədris edilir.

Təlimlərin sonunda iştirakçılar sertifikat ilə təmin edilir və müvafiq vakansiya üzrə namizəd şirkətə müsahibəyə yönləndirilir.

Müsahibə şirkətin 100-dən çox ixtisaslaşmış mütəxəssisi tərəfindən mərhələli şəkildə aparılır.

"Ehtiyyat Kadrlarının İdarə Edilməsi" Departamentin mütəxəssisləri iş axtarışının vakansiyaya uyğunluğunu yoxlayaraq digər departamentə yönləndirir.

Müvafiq vakansiya üzrə seçilmiş namizəd "Kadrların Təyinatı və Göndərişlər" Departamentinin mütəxəssisləri tərəfindən şirkətə müsahibəyə göndərilir.

Yüzlərlə şirkətlə əməkdaşlıq edən "Venta Təlim Tədris və İşlə Təmin Mərkəzinin" mərhələli müsahibələr keçirməkdə məqsədi həmin şirkətləri ehtiyacı olan kadrlarla təmin etməkdə tərəfdaşlarının məmnunluğunu qazanmaqdan ibarətdir.

Sonra qonaqlar şirkətdə yaradılmış şəraitlə bağlı razılıqlarını bildirərək ölkəmizdə işsizliyin aradan qaldırılmasına verdiyi töhfəyə görə Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbir daha sonra qeyri-rəsmi hissə ilə davam edib.

Qeyd edək ki, Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin Baş ofisi Sabunçu rayonu Bəşir Bünyadov 5X ünvanında yerləşir.

Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin açılışı olub - FOTOLARVenta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin açılışı olub - FOTOLARVenta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin açılışı olub - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 893   Tarix: 13 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat

29 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

Qaradağın yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka

28 sentyabr
.

Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib

29 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

29 sentyabr
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala

29 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Gənc nəslin milli mənlik şüuru və vətənpərvərlik tərbiyəsi - gələcəyin əsas təminatı

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi cəmiyyətin gələcəyini müəyyən edən mühüm amillərdəndir. Gənclər dövlətin sabahını formalaşdıran əsas qüvvə olmaqla yanaşı, milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və dövlətçilik ənənələrinin gələcək nəsillər

29 sentyabr