Həyat yoldaşını itirən qadınların da pensiya yaşı 5 il endirilir? - AÇIQLAMA

Həyat yoldaşını itirən qadınların da pensiya yaşı 5 il endirilir? - AÇIQLAMAXəbər verdiyimiz kimi, yoldaşı vəfat edəndən sonra evlənsə belə, uşağına baxan ata pensiyaya tez çıxacaq. Yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. Bəs, həyat yoldaşını itirmiş qadınlar pensiyaya tez çıxa bilər?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Sonxeber.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qadınların pensiya yaşı kişilərdən fərqli olmalıdır. Statistikaya görə qadınlar kişilərdən çox yaşayır. Qadınlar kişilərdən çox yaşadığına görə onların pensiya hüququndan istifadə imkanları daha çoxdu
"Onlar bu zaman pensiya almaq hüququ əldə edir. Kişilərin çoxu pensiya yaşına çatmadan dünyasını dəyişir. Onların pensiya kapitalında yığılan pullar istifadə olunmur. Düzdür qanunvericiliklə həyat yoldaşı vəfat edirsə, həmin kapital onun həyat yoldaşına yaxud övladlarına verilir. Qadınların pensiya yaşı üçün bəlli kateqoriyalar və tətbiq edilir. Ancaq həyat yoldaşını itirmiş qadınların pensiya yaşının endirilməsi aktual deyil. Kişilərin pensiya yaşı azaldılmalıdır nəinki qadın. Hesab edirəm ki, bu dövlətin maliyyə yükü deməkdir. Pensiya yaşının bir qədər endirilməsi vacibdir. Eyni zamanda pensiya haqları qaldırılmalıdır. Təkcə bəlli bir dövlət qulluğunda çalışan qadın və kişilərin deyil, bütünlükdə əmək fəaliyyəti ilə məşğul olmuş insanların pensiya təminatında, maaşın 80 faizi miqdarında pensiya məbləği müəyyənləşdirilməsi daha yaxşı olar".

Sosioloqun sözlərinə görə, belə olarsa, insanlar 65 yaşına çatana kimi rahatlıqla pensiyaya çıxa bilərlər. Eynən Avropada olduğu kimi edilməlidir. Amma buna niyə gedilmir? Çünki, pensiya məbləği onların yaşayış təminatına imkan vermədiyinə görə, onlar pensiyaya çıxdıqdan sonra işləmək məcburiyyətində qalır:

"Həm də bu əlavə problem yaranır. Eyni zamanda gənclər iş tapmaqda çətinlik çəkirlər. Əgər onlar pensiyaya getsələr və yaxşı məbləğdə pensiya alsalar, gənclər onların yerini tuta bilərlər. Bu zaman onlar iş imkanı əldə etmiş olar. Ancaq biz baxırıq ki, həm pensiya alırlar, həm də işləyirlər. Çox yaxşı olar ki, həyat yoldaşını itirmiş qadınların pensiya yaşını endirməkdən daha çox, iki məsələyə nail olmalıyıq. Pensiya məbləğinin məvacibin 80 faizi qədər olmalıdır. İnsanlar zərurət yarandığı zaman pensiya yaşına çatmadan da pensiya kapitalından istifadə imkanı qazanmalıdır. Yəni xəstəliklərə qarşı yaxud hansısa ehtimal vəziyyətlərdə həmin kapitaldan vətəndaşa istifadə şəraiti yaradılmalıdır. Hər kəs öz əmək fəaliyyəti müddətində pensiya almalıdır. Qadınlar üçün başqa addımlar atıla bilər. Evdar xanımların uşaq böyütmə müddəti əmək stajı sayılsın. Bu da qadınlar üçün əmək pensiyası hüququ tanıya bilər. Necə ki, kişilərdə tələbə yaxud hərbi xidmətdə olduğu müddəti pensiya kapitalı olaraq hesablanır, qadınlara da eyni addımı tətbiq etmək olar. Qadın uşağı özü üçün boyütmür. Bu baxımdan evdar xanımların uşaq böyütmək müddəti əmək stajı olaraq sayılmalıdır. Bu da onların pensiya hüququnu tapmağa imkan verir. Əgər ömür müddəti uzanmırsa, artmırsa kişi və qadınlarda pensiya yaşı aşağı endirilməsi vacibdir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 13303   Tarix: 13 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat

29 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

Qaradağın yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka

28 sentyabr
.

Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib

29 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

29 sentyabr
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala

29 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Gənc nəslin milli mənlik şüuru və vətənpərvərlik tərbiyəsi - gələcəyin əsas təminatı

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi cəmiyyətin gələcəyini müəyyən edən mühüm amillərdəndir. Gənclər dövlətin sabahını formalaşdıran əsas qüvvə olmaqla yanaşı, milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və dövlətçilik ənənələrinin gələcək nəsillər

29 sentyabr