"Avropa Parlamenti Cənubi Qafqazda baş verən proseslərə ikiüzlü və qərəzli mövqe nümayiş etdirir" - DEPUTAT
"Avropa Parlamentinin martın 13-də "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı" qətnamədə Azərbaycan əlehinə qeyd olunan birtərəfli, beynəlxalq hüquqa və ədalətə uyğun olmayan qərəzli məqamlar qəti şəkildə qəbulolunmazdır. Avropa Parlamentinin bu cür qərəzli mövqeyi islamafobiyanın, azərbaycanafobiyanın bariz təzühürü olmaqla yanaşı, bu qurumun erməni lobbisinin və anti-Azərbaycan dairələrin əlində oyuncağa çevrildiyinin göstəricisidir. Bu qətnamə ölkəmizə qarşı növbəti ikili standarların bariz nümunəsidir".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilməyən qüvvələr ölkəmizə qarşı qərəzli, beynəlxalq hüquq və ədalət anlayışlarından uzaq münasibətlərini get-gedə daha da artırır, bu yolla ölkəmizə təzyiq etməyə çalışırlar:
"Bu qətnamə də Avropa Parlamentinin bəyan etdiyi bəşəri dəyərlərdən çox uzaq, kimlərinsə sifarişini icra edən quruma çevrildiyinin bariz örnəyidir. Bu sənəd Avropa Parlamentinin ikili standartlar siyasətinin davamıdır. Avropa Parlamenti əsassız iddialarla rəsmi Bakını və Ankaranı Ermənistana təhdid yaratmaqda ittiham edir, halbuki, Azərbaycanın əsl niyəti Ermənistanla ən qısa zamanda sülh sazişi imzlamaq, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması və işğal altındakı kəndlərin danışıqlar yolu ilə qaytarılmasıdır. Azərbaycanın Ermənistana güc tətbiq etmək niyəti yoxdur".
Millət vəkili qeyd edib ki, Avropa Parlamenti Cənubi Qafqazda baş verən proseslərə ikiüzlü, qərəzli mövqe nümayiş etdirməklə özünün destruktiv siyasətini ortaya qoyur:
"Eyni zamanda bu mövqe regionda sülh və sabitliyin bərpasına ciddi zərbə vurur. Avropa Parlamentinin erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəli sürülən bu qətnamə guya "sülhün təşviq edilməsi" və Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmuş kimi təqdim olunsa da, tamamilə, saxtalaşdırılmış faktlardan ibarət, Azərbaycan əlehinə qarayaxma kampaniyasının bir hissəsidir. Qətnamədə ölkəmizə qarşı beynəlxalq münasibətlərin ruhuna zidd olaraq, cəfəng, təhqiramiz ifadələrin işlədilməsi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq pozuntu dolu fikirlərin əks olunması qətnaməni irəli sürən parlamentarilərin əsl simasını nümayiş etdirir. Avropa Parlamenti Azərbaycan- Emrənistan münasibətləri ilə əlaqədar canfəşanlıq edəcəyinə Avropanı bürüyən daha ciddi problemlərlə- islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa, bu, qurumun özü üçün çox daha faydalı olar.
Avropa Parlamenti bilməlidir ki, daha öncə qəbul etdiyi qətnamələr kimi bunun da Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Nə qədər qərəzli, ikiüzlü, ədalətsiz qətnamələr qəbul etsələr də, həqiqəti inkar etmək mümkün deyil. Həqiqət odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib və bunu heç bir qüvvə şübhə altına ala bilməz. Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında milli maraqlarından irəli gələn bütün məsələləri uğurla həyata keçirib və bu siyasət davam edəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Oktyabrda hava necə olacaq?
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi
Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir