Dövlətlərin aktivləşməsinə SƏBƏB NƏDİR? Zəngəzur dəhlizinin açılmasında hər bir dövlət öz istəyinə nail olmaq istəyir! - AÇIQLAMA

Dövlətlərin aktivləşməsinə SƏBƏB NƏDİR? Zəngəzur dəhlizinin açılmasında hər bir dövlət öz istəyinə nail olmaq istəyir! - AÇIQLAMATürkiyənin nümayəndə heyəti Antalya Diplomatiya Forumunda Ermənistan nümayəndə heyətinə təklif edib ki, Zəngəzura müvafiq status verilsin. Bununla bağlı mətbuatda məlumatlar yayılıb. Əldə edilən məlumata görə, bu iddia ilə erməni türkoloq Varujan Geqamyan çıxış edib. Onun iddiasına görə, Türkiyənin Ermənistanla danışıqlar üzrə nümayəndəsi Sərdar Kılıçın başçılıq etdiyi heyət Ermənistan nümayəndə heyətinə təklif edib ki, Zəngəzura Rusiyaya bağlı olan Kalininqrad modelinə bənzər bir status verilsin. Bəs bu təklif nə dərəcə məqbuldur?

Mövzunu Sonxeber.az-a şərh edən hərbi ekspert, siyasi şərhçi Səxavət Məmməd deyib ki, Türkiyədəki danışıqlardan sonra bir çox iddialar var. Ən maraqlı iddia, məhz Kalininqrad variantı idi. Bu təklif, əslində məntiqli bir varianta bənzəyir. Ermənistan tərəfi buna necə cavab verəcək yaxud necə reaksiya bildirəcək bu bir qədər sual altındadır:

"Çünki Ermənistan tərəfi ümumiyyətlə bu məsələyə yaxın getmək niyyətində deyil. Ümumi olaraq Türkiyənin bu məsələ ilə bağlı aktiv olduğunu açıq şəkildə deyə bilərik. Maraqlı bir nüans isə İrandır. Kalininqrad variantı ortaya atıldıqdan sonra, İran maraqlı bir açıqlama verdi. Belə ki, əvvəl deyirdi ki, sərhədlərin dəyişdirilməsi qırmızı xəttimizdir. İndi də deyir ki, Ermənistanın ərazisinin bölünməsi bizim qırmızı xəttimizdir. Əgər dəhlizə status veriləcəksə, dəhlizə Ermənistan və heç bir tərəf nəzarət etməyəcəksə, bu o deməkdir ki, ərazinin bir hissəsi kənara düşür. İran buna da qarşıdır. Onlar deyir ki, Zəngəzurdan hər hansı bir dəhlizin açılması qırmızı xətti keçmək deməkdir. İran hətta bu məsələdə hərbi müdaxiləyə belə gedə bilər. Dolayısıyla indiki məqamda bütün tərəflər aktiv fəaliyyətə keçiblər. Hamısı öz istəyinə nail olmaq üçün davranırlar".

Ekspert düşünür ki, indiki məqamda Azərbaycanın tutduğu mövqe çox normaldır:

"Öhdəlik Naxçıvandan da qatar və şosse yolunun çəkilməsi idi. Eynilə işğaldan azad olunmuş ərazilərdən Ermənistan sərhədinə qədər yolların çəkilməsini həyata keçirib. Hətta bu layihə ilə bağlı Azərbaycan ən böyük risklərdən birini edib. Dərinə getsək Qarabağ işğaldan azad olundu. Yəni Azərbaycanın bu məsələ ilə bağlı heç bir öhdəliyi yoxdur. Ona görə də Azərbaycan tərəfi sakit dayanır. Ən azından bu məsələdə maraqlı olan ölkələrə bildirir ki, ortalıqda problem yaradan Emrnəistandır. Gedin Ermənistan ilə öz məsələnizi həll edin. Ona görə də artıq bütün ölkələr problemi Ermənistan üzərindən həll etməyə çalışırlar. Ermənistana isə hansısa təzyiqlər etməyə çalışırlar. Türkiyə son dərəcə aktivləşib və belə olmağa davamı edəcək. Çünki Türkiyə bu yolun açılmasında son dərəcə maraqlıdır".

Səxavət Məmmədin sözlərinə görə, Yolun əsas hissəsi Türkiyənin ərazisindən keçəcək. Hesab edirəm ki, indiki vaxtda Türkiyə və digər ölkələrin aktivliyi lazımdır:

"Bununla yanaşı Ermənistana təzyiqlərini artırmalıdırlar. Ermənistana təzyiqlər artarsa, təkcə Kalininqrad variantı yox, fərqli bir yanaşma yaxud gömrüksüz bir üsul həyata keçirilə bilər. Orada nəsə bir statusdan keçə bilməz. Ermənistan ən azından bununla bağlı bir öhdəlik götürməlidir. Çünki sənədə imza atmadan fikrini dəyişə bilər. Proseslər onu göstərir ki, vəziyyət ən azından dəyişməyə doğru gedir. Burada maraqlı olmayan ölkələrdə güclüdür. Proseslər xeyli çəkəcək və çoxsaylı görüşlər keçiriləcək. Amma nəticənin nə olacağını bilmək olmaz. Ən azından Ermənistanda hakimiyyətdə çevrilişin yaxud dəyişikliyin olmağı ehtimalıni da göz önünə almaq lazımdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1163   Tarix: 15 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

"Azərbaycan Hava Yolları" AZAL (QSC) Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 29-u-dekabrın 31-ində keçiriləcə

29 sentyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Bu ərazidə su olmayacaq - Xəbərdarlıq

Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında bu gün ərzind

28 sentyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

29 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

DYP-dən at arabaları ilə bağlı - Xəbərdarlıq

"Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin, təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da, ciddi narahatlıq doğurur"​

29 sentyabr
.

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu

Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar

30 sentyabr