Kral ailəsi ilə bağlı ŞOK İDDİALAR: qarşılıqlı xəyanət, qeyri-qanuni uşaqlar... - FOTO

Kral ailəsi ilə bağlı ŞOK İDDİALAR: qarşılıqlı xəyanət, qeyri-qanuni uşaqlar... - FOTOBritaniya kral ailəsi son dörd ildə ABŞ-da məskunlaşan Şahzadə Harri və Meqan Marklın yaratdığı və bütün dünyaya yayılan böyük fırtına ilə yadda qaldı. Son bir neçə ayda baş verənlər ailəni uzun müddətdir yaşamadıqları qorxulu yuxuya sürükləyib.

Publika.az xəbər verir ki, yanvarın ortalarında Uels şahzadəsi Keyt Middleton qəfil xəstəxanaya yerləşdirildikdən və əməliyyat olunduqdan sonra hər şey tam qarışdı.

Kensington Sarayı bu qarın əməliyyatının və ya şahzadənin xəstəliyinin səbəbini açıqlamayıb. Sadəcə Middletonun xərçəng xəstəsi olmadığı bildirilib.
Kral ailəsi ilə bağlı ŞOK İDDİALAR: qarşılıqlı xəyanət, qeyri-qanuni uşaqlar... - FOTOBu çətin əməliyyatdan sonra evdə dincəldiyi deyilən Keyt Middleton iki aydan çox müddətdə ictimaiyyət arasında görünməyəndə, söz-söhbətlər daha da artıb.

Əvvəlcə narahatlıq onun səhhəti ilə bağlı idi: Uels şahzadəsinin yoxluğu uzandıqca, irəli sürülən sui-qəsd iddiası reallığa yaxınlaşırdı.

Sosial şəbəkələrdə yayılan və bəziləri zarafat məqsədi daşıyan bu şayiələrə görə, şahzadə bir sıra plastik əməliyyatlar keçirib və buna görə də gizlənir.
Kral ailəsi ilə bağlı ŞOK İDDİALAR: qarşılıqlı xəyanət, qeyri-qanuni uşaqlar... - FOTOOnun xəstəliyinin deyilənlərdən daha ağır olduğunu və əslində komaya düşdüyünü, hətta öldüyünü iddia edənlər də olub. Ən böyük şübhə, Kate Middletonun bu əməliyyatı ən yaxın dostlarından, hətta onun cədvəlini tərtib etməkdə məsul olan köməkçilərindən gizlətməsi idi.

Uels şahzadəsinin də uzun zaman yoxa çıxması, onunla bağlı iddiaların getdikcə artmasına səbə olub. Şahzadə Uilyamın atasının ailə dostu və yaxın həmkarı Markes Devid Çolmondolinin həyat yoldaşı Rouz Hanberi ilə münasibətdə olduğu iddia edilib.
Kral ailəsi ilə bağlı ŞOK İDDİALAR: qarşılıqlı xəyanət, qeyri-qanuni uşaqlar... - FOTOKeyt Middleton yoxa çıxması zamanı Uilyamın Rouz Hanberi ilə əlaqədə olduğu, ondan qeyri-qanuni uşaq dünyaya gətirdiyi, qisas almaq istəyən Uels şahzadəsinin də Tomas Kinqstonla eyni şeyi etdiyi iddiaları irəli sürülüb.

Bu söz-söhbət illərdir davam etsə də, indi şayiələr yayılıb ki, Uilyam Keyti üçüncü uşaqları Luisinə hamilə olarkən ​​aldatıb və Rouz Hanberi də Uilyamın başqa qızını dünyaya gətirib.

Buna qarşılıq olaraq qisas almaq istəyən Keyt Middletonun Kraliça II Yelizavetanın əmisi qızı Ledi Qabriella Vindsorun 45 yaşlı əri Tomas Kinqstonla münasibət qurduğu və hamilə qaldığı iddia edilir. Tomas Kinqstonun fevral ayında qəfil ölümü və cəsədinin yanında tapançanın tapılması da sui-qəsd ehtimalını artırıb.

Digər sui-qəsd iddiaları arasında Şahzadə Uilyamın qəzəbini idarə edə bilmədiyi, zorakılığa meylli olması, Kate Middletonu döyməsi və ondan ayrılmağa cəhd etməsi daxildir.

Bu söz-söhbətlərə son qoymaq üçün Keyt Middleton ötən həftə İngiltərədə qeyd olunan Analar Günü üçün xüsusi foto paylaşıb. Ona göstərilən diqqətə görə təşəkkür edən və tezliklə sağalmağı arzulayan şahzadə yanındakı 3 övladı ilə gülümsəyərək kameraya baxıb və Uilyam fotonu çəkib.
Kral ailəsi ilə bağlı ŞOK İDDİALAR: qarşılıqlı xəyanət, qeyri-qanuni uşaqlar... - FOTOBu hərəkət hər şeyi daha da pisləşdirib. Paylaşılandan bir gün sonra məlum oldu ki, foto "Photoshop" ilə işlənib. Xəbər agentliklərindən fotonu etibarsız elan etmələri və paylaşmamaları istənilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 654   Tarix: 18 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yük maşınının altında qalaraq öldü

Xızı rayonunda dəhşətli hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, fevralın 16-sı saat 13 radələrində Sitalcay kəndi ərazisində Ucar rayon sakini 1963-cü il təvəllüdlü Abuzər Durasan oğlu Həsənov yük maşınının altında qalıb. Belə ki, 63 yaşlı şəxs "Howo" markalı avtomobild

17 fevral
.

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Nizami Tibb Mərkəzinə yeni baş həkim təyin olunub. "Unikal"a istinadən xəbər verir ki, müvafiq əmrə əsasən, baş həkim vəzifəsinə Fikrət Əhmədov təyinat alıb. O, bu gün kollektivə təqdim edilib. 44 yaşlı yeni baş həkim 2014-cü ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasınd

16 fevral
.

Hansı hallarda vətəndaşlar hüquqlarının pozulduğunu gec anlayırlar? - AÇIQLAMA

Hüquqların pozulması hər zaman açıq və dərhal hiss olunan formada baş vermir. Bir çox hallarda vətəndaşlar hüquqlarına müdaxilə edildiyini ya gec anlayır, ya da ümumiyyətlə bunun hüquqi məsələ olduğunu fərq etmir. Hüquqi savadlılığın yetərli olmaması, etibar münasibətləri və sənədlərin diqqətlə oxunmamas

16 fevral
.

AZAL Qazaxıstanın daha bir şəhərinə uçuşlara başlayır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayından etibarən Qazaxıstanın Şımkent şəhərinə uçuşlara başlayacaq. xəbər verir ki, yeni istiqamət üzrə biletlər artıq satışdadır. İlk reys iyunun 16-sı baş tutacaq. Aviaşirkətin uçuş cədvəlinə uyğun olaraq Bakı-Şımkent-Bakı reysləri:. - 16-27 iyunda həftəd

16 fevral
.

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin cəzası 2 ildən 6 aya endirildi

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib. APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiy

17 fevral
.

"Azərbaycan-Serbiya dostluq münasibətləri bundan sonra daha da möhkəmləndiriləcək" - DEPUTAT

"Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri zamanı verdiyi bəyanat bir daha onun nə qədər güclü və uzaqgörən siyasətçi olduğunu sübut edir". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat bildirib ki, Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyini

17 fevral
.

Ramazan ayı başlayır - Təqvim açıqlandı

Ramazan ayının təqvimi açıqlanıb. xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb. Belə ki, Ramazan ayının ilk günü fevralın 19-na, Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edəcək. Ramazan bayramı isə martın 20-də qeyd olunacaq

17 fevral
.

"Regionlarda işçi çatışmazlığının səbəbi təkcə maaş deyil, sosial prestij problemidir" - AÇIQLAMA

Son illər regionlarda bəzi sahələr üzrə işçi çatışmazlığı müşahidə olunur. Yerli iş yerlərinin olmasına baxmayaraq, xüsusilə gənclərin bu sahələrdə çalışmağa maraq göstərməməsi, paytaxta və ya xaricə üz tutması diqqət çəkir. Mütəxəssislər bu vəziyyətin təkcə iqtisadi deyil, eyni zamanda sosial və mədən

17 fevral
.

Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mətbuat katibi Nəzrin Adıgözəlzadə vəzifəsindən ayrılıb. Bu barədə -a N.Adıgözəlzadə özü məlumat verib. O bildirib ki, işindən öz ərizəsi ilə ayrılıb:. "Artıq iki həftədir ki, öz xahişimlə işdən çıxmışam. Yeni işlə bağlı təklif almışam

17 fevral