"Regionlarda işçi çatışmazlığının səbəbi təkcə maaş deyil, sosial prestij problemidir" - AÇIQLAMA

"Regionlarda işçi çatışmazlığının səbəbi təkcə maaş deyil, sosial prestij problemidir" - AÇIQLAMASon illər regionlarda bəzi sahələr üzrə işçi çatışmazlığı müşahidə olunur. Yerli iş yerlərinin olmasına baxmayaraq, xüsusilə gənclərin bu sahələrdə çalışmağa maraq göstərməməsi, paytaxta və ya xaricə üz tutması diqqət çəkir. Mütəxəssislər bu vəziyyətin təkcə iqtisadi deyil, eyni zamanda sosial və mədəni səbəblərlə də bağlı olduğunu bildirirlər. Bəs regionlarda bəzi sahələr üzrə işçi tapılmamasının arxasında hansı sosial amillər dayanır və bu problemin həllində cəmiyyətin rolu nədən ibarət olmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.

O açıqlamasında qeyd edib ki, regionlardakı kadr çatışmazlığını yalnız vakansiya, "rəqabətədavamlı maaş" kimi "peyvənd"lərlə müalicə etmək mümkün deyil:

"İnsanların paytaxta axını təkcə maaş problemi deyil, həm də sosial status və prestij problemidir. İnsanlar əmək fəaliyyəti nəticəsində yalnız pul qazanmırlar, həm də nüfuz, prestij və tanınma qazanmaq istəyirlər. Regiondakı bir çox peşə isə, bəllidir ki, iqtisadi gəlir gətirsə də, sosial status baxımından cazibədar görünmür. Bu gün bir gənc üçün "paytaxtda filan şirkətdə işləyirəm" demək daha cazibədar səslənir, nəinki ondan daha artıq maaşa hansısa rayonda işləmək. Hətta insanlar fermer fəaliyyəti, təsərrüfat işləri ilə şəhərdə qazandıqlarından 4-5 qat artığını qazana biləcəkləri halda, bu işlərə maraq göstərmirlər. Çünki məsələ heç vaxt təkcə maaş olmayıb.

Digər tərəfdən, bu proses klassik "mərkəz-periferiya" modelində qurulmuş strukturların xarakterik özəlliyidir. Belə sistemlərdə mərkəz (paytaxt) daha çox imkan, şəbəkə və perspektiv vəd edir. Yatırımlar, fürsətlər birinci mərkəzə gəlir və oranın süzgəcindən keçir. Periferiyaya isə süzgəcdə qalan "ikinci sort" imkanlar qalır. Buna görə də regionlarımız hələ də beynimizdə məhdud seçimlərlə assosiasiya olunur. Gənclər isə yalnız iş axtarmırlar, ümumilikdə həyat tərzi axtarırlar. Əgər region sosial, mədəni və peşəkar inkişaf imkanları baxımından kasad görünürsə, təkcə vakansiya elan etməklə problemi həll etmək, əlbəttə ki, çətin olacaq.

Ona görə də bu problemin həll yolu təkcə iqtisadi təşviqlər yox, həm də sosial mühitin transformasiyasıdır. Regionda işləmək prestijli və perspektivli seçim kimi təqdim olunmalıdır. Keyfiyyətli təhsil infrastrukturu, sosial həyat, peşəkar şəbəkələşmə imkanları yaradılmalıdır. Əks halda, gənclərin paytaxta və ya xaricə axını davam edəcək və biz əlavə iş yerləri açmaqla da bu tendensiyanı dayandıra bilməyəcəyik".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1213   Tarix: 17 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mədət Quliyev oğlu ilə toyda - Foto

Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr
.

Elçin Yusubov Rumıniyada: Qarabağ şəhərləri ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

Rumıniyanın Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma şəhərlər sazişin imzanması haqqında niyyət protokolunun imzalanması ilə əlaqədar Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov 1

19 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI

İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın

19 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr