AZAL Qazaxıstanın daha bir şəhərinə uçuşlara başlayır

AZAL Qazaxıstanın daha bir şəhərinə uçuşlara başlayırAzərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayından etibarən Qazaxıstanın Şımkent şəhərinə uçuşlara başlayacaq.

Sonxeber.az xəbər verir ki, yeni istiqamət üzrə biletlər artıq satışdadır.

İlk reys iyunun 16-sı baş tutacaq. Aviaşirkətin uçuş cədvəlinə uyğun olaraq Bakı-Şımkent-Bakı reysləri:

- 16-27 iyunda həftədə iki dəfə - Bakıdan Şımkentə və əks istiqamətdə çərşənbə axşamı və şənbə günləri;

- 30 iyundan etibarən isə həftədə üç dəfə olmaqla çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətdə isə çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.

Qeyd edək ki, AZAL-ın genişlənən marşrut şəbəkəsində Şımkent Qazaxıstanın sayca 4-cü şəhəridir. 2025-ci il ərzində aviaşirkət Almatı, Astana və Aktau şəhərlərinə 850-yə yaxın müntəzəm uçuş (gediş-gəliş) həyata keçirib.

Əhali sayına görə Qazaxıstanın üçüncü ən böyük şəhəri olan Şımkent zəngin mədəni irsi və müasirliyi ilə seçilir. Şəhər canlı küçələri, yaşıl parkları və qonaqpərvərliyi ilə turistləri cəlb edir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 266   Tarix: 16 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu videonu görən hər kəs bələdiyyə sədrinə xəbər verir - VİDEO

İstanbulun Sancaktepe rayonunda gecə saatlarında qeydə alınan görüntülər yerli sakinlər arasında ciddi narahatlıq yaradıb. türk mediasına istinadən xəbər verir ki, bir vətəndaşın mobil telefonla gecə yarısı çəkdiyi kadrlarda küçə itlərinin sürü halında gəzdiyi əks olunub. Qısa müddətdə sosial şəbəkələrd

14 aprel
.

Şahin Şıxlinski və oğluna hökm oxundu

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski dövlət məmuruna qarşı zorakılıq tətbiq etdiyinə görə 9 il, oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə azadlıqdan məhrum edilib. APA-ya istinadən xəbər verir ki, bu barədə Yekaterinburqun Kirovski Rayon Məhkəməsi qərar çıxarıb. Xatırladaq ki

13 aprel
.

"Nikaha daxil olarkən tərəflərdən narkoloji asılılığın olub-olmaması ilə bağlı arayışın tələb edilməsi zəruridir" - AÇIQLAMA

Azərbaycanda nikaha daxil olmaq üçün tələb edilən sənədlərin sayının arıtırlması təklif olunur. Bunu Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov parlamentin plenar iclasında Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zaman

13 aprel
.

Naxçıvanda qar örtüyünün qalınlığı 88 sm-ə çatır

Naxçıvan Muxtar Respublikasında (MR) 300 metr yüksəklikdə qar örtüyünün qalınlığı 88 sm təşkil edib. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən -a verilən məlumata görə, bir sıra rayon və kəndlərdə qar və yağış müşahidə olunub. Şahbuz və Ordubad rayonlarını

14 aprel
.

42 yaşlı polkovnik-leytenant vəfat etdi - Foto

Vətən müharibəsində 1-ci ordu korpusunun Əlahiddə Mühəndis-istehkam taborunun komandiri olmuş, ehtiyatda olan polkovnik-leytenant Cavid Cabbarov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 42 yaşlı hərbçi uzunsürən xəstəlikdən həyatını itirib. Bildirilib ki, C.Cabbarov Azərbaycan Ordusunda uzu

13 aprel
.

"Təhsildə mərkəzləşmə bölgələr üçün ciddi risk yaradır" - AÇIQLAMA

"Valideynlərin övladlarını paytaxtın ali təhsil müəssisələrinə yönəltməsi, əslində, sadə bir seçim deyil, gələcəyə yönəlmiş kompleks bir strateji addımdır. Bu seçimin kökündə dayanan əsas amil Bakının təkcə təhsil mərkəzi deyil, həm də geniş imkanlar platforması kimi görünməsidir. Paytaxt universitetlər

13 aprel
.

Anın içində olmaq, yoxsa telefonu ilə çəkmək: hansı daha dəyərlidir? - AÇIQLAMA

Müasir dövrdə insanlar xoş anları yalnız yaşamaqla kifayətlənmir, onları həm də telefon vasitəsilə qeydə almağa çalışırlar. Bu isə çox vaxt diqqətin iki yerə bölünməsinə səbəb olur: bir tərəfdə real yaşantı, digər tərəfdə isə onu "itirməmək" üçün çəkiliş etmək ehtiyacı. Nəticədə insan bəzə

14 aprel
.

Arıların kütləvi ölümünün arxasında hansı əsas səbəblər dayanır? - AÇIQLAMA

Son illərdə dünyada və regionda arı populyasiyalarının sürətlə azalması narahatlıq doğuran əsas ekoloji problemlərdən birinə çevrilib. Kənd təsərrüfatının davamlılığı və qida təhlükəsizliyi baxımından mühüm rol oynayan bu canlıların kütləvi şəkildə məhv olması alimləri, fermerləri və ictimaiyyəti cidd

14 aprel
.

"Valideynlərin uşaqların peşə seçiminə tam biganə qalması da, həddindən artıq müdaxilə etməsi də sağlam yanaşma deyil" - AÇIQLAMA

Uşaqların gələcək peşə seçimi həm onların həyat keyfiyyətinə, həm də psixoloji sağlamlığına birbaşa təsir edən ən mühüm qərarlardan biridir. Bu prosesdə valideynlərin rolu danılmazdır. Lakin tez-tez sual yaranır: valideynlərin uşağın peşə seçiminə müdaxiləsi nə dərəcədə doğrudur? . Bu məsələ ilə bağl

13 aprel