Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofaktİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Baku Electronics" MMC (VÖEN – 1500046141) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə "Baku Electronics" MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sifarişi ilə mətbuat nümayəndələrinə hədiyyələr təqdim edəcək və qarşılığında 4 min 499 manat 50 qəpik alacaq.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
"Dövlət satınalmaları haqqında" Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, mətbuat nümayəndələrinə hədiyyələrin təqdim edilməsi məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Bunlardan başqa, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı məlumatda göstərilir ki, "Baku Electronics" MMC-nin 12 mart 2024-cu il tarixinə dövlət büdcəsinə 1 milyon 213 min 691 manat 29 qəpik vergi borcu var.

"Dövlət satınalmaları haqqında" Qanunun 23.3.5.1-ci maddəsinin tələblərinə görə, satınalma müqaviləsinin bağlana bilməsi üçün təchizatçının vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması lazımdır. Əgər satınalma müqaviləsi imzalanan zaman "Baku Electronics" MMC-nin vergi borcu olmayıbsa, o zaman şirkətin müqavilədən sonrakı qısa müddət ərzində 1,2 milyon manatlıq vergi borcunun yaranması da başa düşülən deyil.

Onu da bildirək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təkcə "Baku Electronics" MMC ilə deyil, daha 3 şirkətlə satınalma müqaviləsi imzalayıb. İmzalanan müqavilələrin hamısı bir mənbədən satınalma metodu əsasında və dövlət satınalmalarının vahid internet portalından kənar həyata keçirilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Alfa Nuts" MMC (VÖEN – 1007563851) ilə 2 min 500 manatlıq, "Copy" MMC (VÖEN – 1500046141) ilə 1 856 manatlıq, "Caspel" MMC (VÖEN – 1300701451) ilə 59 min 613,6 manatlıq müqavilə imzalayıb.
Yazıda qeyd olunan müəmmalı məqamlara aydınlıq gətirmək üçün suallarımızı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat xidmətinə ünvanladıq. Mətbuat xidməti sullarımıza cavab veriləcəyini bildirsə də, bu günə kimi heç bir cavab ala bilməmişik.
Onu da qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarına (tender müsabiqələrinə) nəzarəti həyata keçirən dövlət qurumudur.
Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FotofaktTenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FotofaktTenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 653   Tarix: 18 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

29 sentyabr
.

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA

2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd

30 sentyabr
.

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

"Azərbaycan Hava Yolları" AZAL (QSC) Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 29-u-dekabrın 31-ində keçiriləcə

29 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

30 sentyabr
.

Paytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI

Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər

28 sentyabr
.

Qaradağın yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka

28 sentyabr