"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert
Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq.
"Müharibə baş versə, nə ilə nəticələnəcəyini də mən yaxşı bilirəm. Sonra siz Respublika meydanında qarşılaşanda mənə deyəcəksiniz ki, yaxşı, deyək ki, biz sadə kəndlilərik, məlumatımız yox idi, amma siz axı hər şeyi bilirdiniz", - deyə Ermənistan hökumətinin başçısı əlavə edib.
Məsələ ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Sonxeber.az-a açıqlama verib.
O bildirib ki,iki xalq da bu müharibədən tam şəkildə yorulub:
"Ermənistanda bəzi qüvvələr bildirir ki, o kəndlər Azərbaycana qaytarıla bilməz. Onlar bildirir ki, biz vaxtı ikən o ərazilərdə çox güclü müdafiə sərhədləri qurmuşuq. Bu ərazilərin verilməsi Ermənistanın təhlükəsizlikyinə zərər yetirə bilər. Bütün bunlardan görə Paşinyan bu əraziyə səfər edib. Bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir. Bu prpblemlər elə də böyük deyil. Bu məsələ sülh ilə həll oluna bilər. Azərbaycan əsas məsələ olan ərazi bütövlüyünü təmin edib. Artıq iki xalq da bu müharibədən tam şəkildə yorulub. Bu məsələlər hər iki xalqa ancaq faciələr yaşaddığı üçün bu məsələlərdə yəqin ki, uzunmüddətli proseslərdə olsa da danışıqlar ilə həll etmək mümkündür".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA