Moskvadakı dəhşətli terrorda ölən və yaralananların sayı artdı - YENİLƏNİR + FOTO/VİDEO

Moskvadakı dəhşətli terrorda ölən və yaralananların sayı artdı - YENİLƏNİR + FOTO/VİDEOMoskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror hücumunda həlak olanların sayı 93 nəfərə çatıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.

"112" "Telegram" kanalının məlumatına görə isə, ölənlərin sayı 100, yaralıların sayı 200-dür.

11:44
Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror hücumunda yaralıların sayı 183 nəfərə çatıb. Onlardan səkkizi uşaqdır.

Bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.

Rusiya səhiyyə naziri Mixail Muraşko isə "Rossiya-24" telekanalına bildirib ki, xəstəxanalara 115 nəfər aparılıb və onlardan 61-nin vəziyyəti ağırdır.

09:58

Moskva vilayətində "Krokus siti holl"da baş vermiş terror aktında ölənlərin sayı 82-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü uşaqdır.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.


***08:06

Moskva vilayətində "Krokus siti holl"da baş vermiş terror aktında ölənlərin sayı 70-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə hakimiyyətə yaxın "Shot" teleqram kanalı bildirib.

"İlkin məlumata görə, "Krokus"da terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb", - kanal nəql edib.

Qeyd olunub ki, tualet, bəslənmə və avadanlıq otaqlarında xeyli meyit tapılıb:

"Xeyli sayda meyit tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda – insanların atəşdən gizləndiyi yerlərdə tapılıb. Çoxları sadəcə tüstüdən boğulub, bədənlərində heç bir xəsarət olmayıb".

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.
02:56

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, ölənlərin sayı 62 nəfərə çatıb.

Eyni zamanda, binanın bütün otaqları hələ də yoxlanılmayıb.

Bu səbəbdən ölənlərin sayı arta bilər.

Qeyd edək ki, baş verən hadisə nəticəsində yaralananların sayı 147-yə çatıb.

02:07

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananların sayı 147-yə çatıb.

Bu barədə vilayətin Səhiyyə Nazirliyinin verilənlər bazasından məlum olub.

Qeyd edək ki, baş verən hadisə nəticəsində 40 nəfər ölüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5480   Tarix: 23 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hansı rayonların icra başçısı yoxdur?

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev iki rayon və bir şəhərə yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhərinin Qaradağ rayonu, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan şəhəri, Hacıbaba Adil oğlu Babayev isə Gədəbə

29 sentyabr
.

Gənc nəslin milli mənlik şüuru və vətənpərvərlik tərbiyəsi - gələcəyin əsas təminatı

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi cəmiyyətin gələcəyini müəyyən edən mühüm amillərdəndir. Gənclər dövlətin sabahını formalaşdıran əsas qüvvə olmaqla yanaşı, milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və dövlətçilik ənənələrinin gələcək nəsillər

29 sentyabr
.

İlham Əliyevdən Azərbaycanın iqtisadi gələcəyi ilə bağlı mühüm mesajlar: İnvestisiya, enerji, logistika və rəqəmsal inkişaf yeni mərhələdə

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini açıqlayıb: 350 milyard dollardan çox investisiya, 2030-cu ilədək 25 milyon ton tranzit yükü, bərpaolunan enerji, süni intellekt və qeyri-neft ixracının genişləndirilməsi əsa

28 sentyabr
.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan qlobal investorlar üçün yeni imkanlar açır

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi perspektivlərin

28 sentyabr
.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

28 sentyabr
.

İlham Əliyevin investisiya forumunda çıxışı: Azərbaycanın qlobal iqtisadiyyatda artan rolu

Azərbaycanın iqtisadi inkişaf strategiyası, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun genişləndirilməsi və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin gücləndirilməsi son illərdə dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin II Azərbayca

28 sentyabr
.

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

"Azərbaycan Hava Yolları" AZAL (QSC) Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 29-u-dekabrın 31-ində keçiriləcə

29 sentyabr
.

Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b

29 sentyabr
.

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat

29 sentyabr