Azərbaycan polad və dəmir məftil idxalını niyə kəskin artırıb? - ARAŞDIRMA

Azərbaycan polad və dəmir məftil idxalını niyə kəskin artırıb? - ARAŞDIRMAAzərbaycan Gürcüstandan dəmir və polad məftil alışını 100 dəfəyə yaxın artırıb. Ötən il Azərbaycana 15,4 milyon ABŞ dolları dəyərində 15 518 ton dəmirdən və ya aşkarlanmamış poladdan məftil idxal edilib. Bu rəqəmin birdən-birə bu qədər artması müəyyən suallar doğurur.

Daxili polad və dəmir istehsalı fonunda bu artım hansı səbəblərlə bağlıdır?

"Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarmağa çalışıb:

Xammal xaricdən gətirilir

İqtisadçı Fuad İbrahimov açıqlamasında bildirib ki, əksər hallarda bu məhsul ölkəmizə hazır şəkildə gəlmir. Onu özümüz istehsal edirik:

"Məftil də dəmir və poladdan hazırlanır. Polad məftillər tikintidə istifadə olunur, armatur və beton işlərinin görülməsində ən vacib detallardan biridir. Poladəritmə zavodumuz var. Bu məhsulları istehsal etmək iqtidarındadır. Hazır məhsullar buraxırıq. Xammal formasında məhsulu alırıq və istehsalı ölkəmizdə edirik. Ukraynadan da alırıq. Əsas xammal bazası kimi həmişə Rusiya və Ukrayna daha öndə olub. Bizdə həmin ölkələrdən xammaldan hazırlanmış "balvanka" deyilən materiallar gətirilir və onların əsasında armaturlar, məftillərin hazırlanması həyata keçirilir".

Daxili istehsal ehtiyacı qarşılaya bilmir

F.İbrahimovun sözlərinə görə, hazırda Qarabağ iqtisadi zonasında tikinti prosesləri davam etdiyi üçün yerli müəssisələrimizin istehsal gücü zəifləmiş ola bilər:

"Hazır məhsul da almağımız mümkündür. Çünki torpaqlarımız işğaldan azad olunduqdan sonra əsaslı tikinti, yenidənqurma və abadlıq işləri gedir. Böyük tunellər tikilir. Hansı ki, onların tikintisində xeyli miqdarda poladdan və dəmirdən, həmçinin onlardan hazırlanmış ləvazimatlardan istifadə olunur. Çox güman daxili istehsalın bu ehtiyacı qarşılayacaq gücü yoxdur, əhatə edə bilmir. Bu halda təbii ki, idxala ehtiyac yarana bilər. Bizim dəmir və filiz yataqlarımız olsa da, onları hələ də qlobal şəkildə iqtisadi dövriyyəyə cəlb edə bilməmişik".

"Bu sahədə idxaldan asılıyıq"

O qeyd edib ki, burada qiymət faktorunun da rolu böyükdür:

"Bəzən hazır məhsulu qiymətinə görə xaricdən gətirmək daha sərfəlidir. Yəqin ki, indiki vəziyyətdə Gürcüstandan gətirilən məhsulların kəmiyyət artımı da bununla bağlıdır. Amma bu da daimi olan proses deyil. Müəyyən dövrdən sonra qiymətlər yenidən yüksəldikdə başqa tendensiyanı müşahidə edə bilərik".

Ekspertin fikrincə, xammal bazamız olmadığı üçün idxaldan asılıyıq:

"İstehsalın artırılması üçün xammal bazamız olmalıdır. Hər bir halda "balvanka" formasında polad həcmlərini idxal etməliyik. Çünki məftil də, armatur da və digər tikinti məhsulları da ondan hazırlanır. Yəni, idxaldan asılıyıq".

Çox böyük investisiya tələb edir

İqtisadçı Rəşad Həsənov da düşünür ki, birdən-birə kütləvi şəkildə tələb artdıqda daxili istehsalçılar yeni vəziyyətə uyğunlaşa bilmirlər. Bu sahə ağır sənaye növü hesab olunduğu üçün çox böyük investisiya tələb edir.

Ekspertin sözlərinə görə, ola bilər ki, bizim istehsal etdiyimiz növ məftillər alıcıları qane etmir. Bu halda xaricdən fərqli növlərin idxal edilməsi normal haldır:

"Bazarda seçim məsələsini də unutmamalıyıq. Bütün zəruri məhsulları daxildə istehsal etsək də bu, o demək deyil ki, artıq xarici ölkələrdən idxal olmayacaq. Bəzi hallarda keyfiyyətinə və qiymətinə görə fərqli alıcılar müxtəlif mənbələrdən əldə edilən məhsullara üstünlük verirlər. İstənilən halda, bu sahədə idxal hər zaman mövcud olacaq. Böyük ehtimalla, artan tələb dövlət sifarişi hesabına formalaşır. Dövlət sifarişi hesabına yaranan tələbi qanunvericiliklə hansısa formada yerli istehsala yönəltmək mümkündür".

"Bu sahədə potensialımız böyükdür"

R.Həsənov qeyd edib ki, xammalı özümüz də əldə edə bilərik. Amma bunun üçün müəyyən addımların atılmasına ehtiyac var:

"İstehsalımızı artırmaqla bağlı imkanlar mövcuddur. Hazırda mövcud müəssisələr tam gücü ilə işləyə bilmir. Həm infrastrukturun təkmilləşdirilməsi, həm məhsuldarlığın artırılması lazımdır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizin filiz və mədən yataqlarının da potensialı böyükdür. Həmin ərazilərdə olan potensialın qısa müddət ərzində istifadəsi üçün infrastruktur formalaşdırılarsa, bu sahəyə investorlar təşviq edilərsə, tələbin əhəmiyyətli hissəsini yerli resurslar hesabına da kompensasiya etmək mümkün olacaq".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1058   Tarix: 30 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Öldüyü bilinən qadın qəfil dirildi

Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr

22 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

İnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO

Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem

18 sentyabr
.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Maqnitlə işləyən soyuducu - qazsız soyudur

Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori

22 sentyabr
.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

19 sentyabr
.

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları

21 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr