Noyabrın 1-də minimum əməkhaqqı bu qədər ARTA BİLƏR! - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır. Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyətı üzrə təqdim etməsi tapşırılıb. Digər tərəfdən minimum əməkhaqqına keçidin təmin olunması ilə bağlı təkliflərin hazırlanması məsələsi gündəmi zəbt edib. Bəs noyabrın 1-ə qədər Azərbaycanda minimum əməkhaqqı nə qədər artacaq?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, saatlıq minimum əməkhaqqı standartına keçirilməsinin, minimum əməkhaqqının artmasına heç bir təsiri olmayacaq:
"Bunlar bir-birindən başqa məsələlərdir. Sadəcə texniki olaraq əvvəl aylıq minimum əməkhaqqı götürülürdüsə, indi saatlıq olaraq götürüləcək. Hesablanması tapşırığı isə verilib. Yəqinki qurum aydakı orta saatları çıxaracaq. İllər üzrə orta saat çıxarılacaq. Buna uyğun bir rəqəm isə müəyyənləşəcək. Buna bir nümunə göstərə bilərik. Əlbəttə ki, hesablamaları hökumət özü müəyyənləşdirəcək. Məsələn 345 manatı 172 iş saatına böləcəklər və tapacaqlar ki, 2 manat vətəndaşın saatlıq minimum əməkhaqqısı ola bilər. Bunu niyə tətbiq edirlər? Dünyada minimum aylıq əməkhaqqı sistemi yoxdur. Bu ölkələrdə saatlıq minimum əməkhaqqı sistemi var. Daimi stabil iş yerləri olanlar üçün bunun bir fərqi yoxdur. Amma bu hökumətin nəzarət imkanlarını məhdudlaşdırır. Kimsə 10 saatlıq xidməti müqavilə bağlayıbsa, hökumət bunu yoxlaya bilmir".
Ekspertin sözlərinə görə, burada aylıq minimum əməkhaqqıdan danışırsa, bura saat aid deyil. Hökumət standartları yaxşı təyin edir və tətbiq edir:
"Sadəcə olaraq burada texniki hesablama qaydasını dəyişməkdən söhbət gedir. Bu baxımdan həmin sistemə keçid əməkhaqqının artmasına səbəb olmayacaq. İkinci məsələ hökumətə tapşırılıb ki, noyabrın 1-ə qədər artırılması təklif edilsin. Bu başqa məsələdir. İyulun 1-ə qədər minimum hesablama qaydasına təklif verilir. Noyabrın 1-ə qədər isə minimum əməkhaqqının artırılması ilə bağlı təklif verilməsi ilə bağlı məlumatdır. Büdcə paketi ilə birlikdə bu məsələyə baxılacaq. Gələn ildən ola bilsin ki, artırılsın. Düşünürəm ki, bu artım 10 faizdən çox olmayacaq. Amma qaydanın dəyişdirilməsinin buna heç bir təsiri olmayacaq".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA