Zəngəzurda nə BAŞ VERİR? - "Ermənistan yolun açılması ilə bağlı QARANTİYALAR ALIB" - ŞƏRH
Son vaxtlar Ermənistan rəsmiləri, o cümlədən ölkənin baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı fikirlər səsləndirilir. Bununla yanaşı, Ermənistan Zəngəzurda yeni gömrük məntəqəsi tikir. Yeni gömrük məntəqəsinin tikilməsinin rusların sərhəddən çıxarılmasından sonra gündəmə gəlməsi diqqət çəkib. Proseslərə nəzər yetirsək, Paşinyan Zəngəzur yolunun açılması ilə bağlı Azərbaycandan hansı güzəştləri tələb edə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, Putin ilə görüşdən əvvəl Paşinyanın açıqlaması olmuşdu. O bildirib ki, 10 noyabr bəyanatı ləğv olunub ya da Rusiya sərhədçilərinin Zəngəzur dəhlizinə nəzarəti ola bilməz:
"Eyni zamanda Zəngəzur dəhlizinə Ermənistan tərəfinin nəzarət edəcəyini bildirib. Amma biz başqa bir məqamın şahidi olduq. Məlum oldu ki, görüşdən sonra iqtidar nümayəndələri Rusiyanın mövqeyi ilə bağlı daha radikal yox, müsbət fikirlər səsləndirməyə başlayıblar. Yəni dolayısıyla ordakı proseslər artıq nisbətən yumşalmaya gedib. Yumşalma onu göstərir ki, həmin istiqamətdə Rusiya sərhədçilərini geri çəkir. Dolayısıyla sanki tərəflər bir-birinə jest etməklə məşğuldur. Təbii ki, Ermənistanda yolun açılmasını da istəyir. Sadəcə olaraq müəyyən şərtləri var idi. Şərtlərin həyata keçməsini gözləyirdi. İndiki məqamda görünən odur ki, Ermənistanın şərtlərinin hamısı olmasa da, bir qismi ilə bağlı qarantiyalar alıb. İndiki məqamda dəhlizin açılması və fəaliyyəti real görünməyə başlayıb. Hesab edirəm ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verməsə bu prosesin yaxın zamanlarda baş verməsinin şahidi olacağıq".
Qeyd edək ki, gömrük məntəqəsinin Sünikin (Zəngəzur -red.) Şəki kəndində 7,7 hektar ərazidə tikilməsinin nəzərdə tutulduğu bildirilir. Sünik vilayətində belə bir mərkəzin yaradılması prioritet məsələdir. Çünki bölgədə iki müvəqqəti saxlama anbarı olsa da, onların ərazi və tikinti şəraiti, eləcə də gömrük xidməti üçün lazımi texniki avadanlıqları yoxdur.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7045 Tarix: 13 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabr