Təxribatlar davam edərsə, Kərki uğrunda hərbi əməliyyatlar BAŞLAYACAQ? - AÇIQLAMA

Təxribatlar davam edərsə, Kərki uğrunda hərbi əməliyyatlar BAŞLAYACAQ? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Burada bir sıra maraqlı suallar yaranır. Atəşə tutulan ərazilər Azərbaycanın anklavı olan Kərkiyə daha yaxındır. Strateji əhəmiyyətə malik olan Kərki kəndini isə Ermənistan geri verilməməsində inad edir. Naxçıvan istiqamətində təxribatlar davam edərsə, Kərki hərbi əməliyyatlar yolu ilə geri qaytarıla bilər?

Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sonxeber.az-a açıqlamasında bildirib ki, Ermənistan Naxçıvan istiqamətində atəşkəsin mövqelərimizin atəşə tutulması ilə bağlı belə bir bəyanat verdi ki, onlar tərəfindən sözügedən ərazilərdə atəşkəs pozulmayıb. Atəşkəsin bu istiqamətdə pozulması ilə bağlı bir sıra suallar yaranır:

"Ermənistan burada atəşkəsi pozmaqla nəyə nail olmaq istəyir yaxud nələr baş verə bilər? Burada bir nüans var. Buradan Ermənistan nə qazanacaq? Bunun heç bir hüquqi əsası yoxdur. Faktiki olaraq Naxçıvan Türkiyə tərəfindən Qars müqaviləsi ilə qorunur. Yəni Ermənistan burada qarşısına Türkiyəni almaq istəyir? Ona görə hesab edirəm ki, indiki məqamda Ermənistanın atəşkəsi Naxçıvan istiqamətində atəşkəsi pozması və hər hansısa addımlar atması heç bir ciddi təhlükə törətmir. Çünki Naxçıvan istiqamətində hücumlar intensivləşərsə, bu Ermənistan üçün intihar olar".

Ekspertin sözlərinə görə, sözügedən ərazilər Kərki anklavına yaxındır. İlk növbədə iki dövlət arasında son ışıqlar əsasən Qazaxın 4 kəndi ilə bağlıdır. Qazaxın 4 kəndinin verilmə ehtimalı nə qədər yüksəkdir, biz buna baxmalıyıq:

"Azərbaycan tərəfi hesab edirəm ki, anklavdan öncəki bu istiqamət üzrə hərəkət edə bilər. Amma bir məsələ var. Sülh müqaviləsi imzalanmayana qədər mən bu regionda və bölgədə müharibə ehtimalının daim gündəmdə qalacağın düşünürəm. Bu proseslərin arxasında başqa güclər var. Həmin qüvvələrin isə özünün maraqları var. Düşünürəm ki, uzlaşma əldə olunmayana qədər mütləq şəkildə müharibə baş verə bilər. Bu son dərəcə gözləniləndir. Amma bunun nəticələrini hesablamaq lazımdır. Müharibə bitsə belə, sanksiyaların tətbiq edilməsi variantı var. Bu istiqamət üzrə yaxşı fikirləşmək lazımdır. İndiki məqamda müharibənin olması üçün şərtlər və zaman çox önəmlidir. Aktiv əməliyyatlar baş verəcəksə, aprel ayında bu olmayacaq. Müharibə ehtimalı olsa belə, ən azından ABŞ-də seçkilər ərəfəsində baş verəcək".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1676   Tarix: 02 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr