Bakıda yeni çəkilən yol tıxacları AZALDACAQ?
Bakı şəhərində nəqliyyatın yükünü azaltmaq üçün uğurlu bir layihəyə start verilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə başlanılıb.
Bu tam yeni yoldur və maraqlı coğrafiyası var.
Yeni yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq. Yolun ümumi uzunluğu 13 kilometrə yaxındır. Bu yoldan istifadə etməklə Ziya Bünyadov prospektindən Pirşağıya və yaxud həmin ərazidəki dəniz kənarına 10-15 dəqiqəyə çıxmaq mümkün olacaq.
Nəzərə alaq ki, pik saatlarında Bakının bütün giriş və çıxış yollarında böyük tıxaclar olur. Bu da istər-istəməz həm narazılığa, həm də vaxt itkisinə səbəb olur.
Bəs yeni yol tıxacların azalmasına şərait yaradacaqmı?
Məsələ ilə bağlı Bizim.media-ya danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, yeni yol Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq:
"Yeni avtomobil yolu altı hərəkət zolağından (3 gediş, 3 gəliş üçün olmaqla) ibarət olacaq. Hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası işləri həyata keçirilir.
Bu yolun inşası Heydər Əliyev, Azadlıq prospektlərindəki, eyni zamanda Bakı-Sumqayıt istiqamətindəki nəqliyyat yükünü xeyli azaldacaq".
Ümid edək ki, yeni inşa edilən yol tıxacların azalmasına əsaslı şəkildə təsir edəcək. Xüsusən də, çimərlik mövsümündə paytaxt sakinlərinin və turistlərin dənizə çıxışını xeyli asanlaşdıracaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1419 Tarix: 06 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hacı Şahinin nəvəsi olub
Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub
29 sentyabrBakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ
Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat
29 sentyabrAZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salındı
Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. AZAL-dan -a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkü
28 sentyabrAzərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR
Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl
29 sentyabrƏvəz Zeynallı dəfn olundu - Fotolar
Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild
29 sentyabrHansı rayonların icra başçısı yoxdur?
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev iki rayon və bir şəhərə yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhərinin Qaradağ rayonu, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan şəhəri, Hacıbaba Adil oğlu Babayev isə Gədəbə
29 sentyabr