Azərbaycan 2014-cü ildən bəri bərpa olunan enerji ehtiyatlarını 567 meqavat artırıb
Azərbaycan 2014-2023-cü illər ərzində bərpa olunan enerji ehtiyatlarını 567 meqavat artıraraq 1 min 688 meqavata çatdırıb.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 2024-cü il üzrə hesabatında qeyd olunub.
Hesabata görə, 2023-cü ildə Azərbaycanda hidroenergetika gücü 2014-cü illə müqayisədə 224 meqavat artaraq 1 302 meqavata çatıb. Hesabat dövründə külək enerjisinin gücü 2014-cü ildəki 3 meqavatdan 2023-cü ildə 67 meqavata, günəş enerjisi - 2 meqavatdan 282 meqavata yüksəlib.
Qalanları bərk bioyanacaq, bərpa olunan tullantılar, bioqazla işləyən güclərdən gəlir.
Azərbaycanın enerji sistemində bərpa olunan enerji mənbələrinin (o cümlədən su elektrik stansiyaları -red.) payı 2014-cü ildəki 15,2 %-dən 2023-cü ilin sonuna 20,3 %-ə yüksəlib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 614 Tarix: 07 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hacı Şahinin nəvəsi olub
Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub
29 sentyabrBakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ
Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat
29 sentyabrAZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salındı
Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. AZAL-dan -a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkü
28 sentyabrAzərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR
Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl
29 sentyabrƏvəz Zeynallı dəfn olundu - Fotolar
Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild
29 sentyabrHansı rayonların icra başçısı yoxdur?
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev iki rayon və bir şəhərə yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhərinin Qaradağ rayonu, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan şəhəri, Hacıbaba Adil oğlu Babayev isə Gədəbə
29 sentyabr