"Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib" - Beynəlxalq ictimaiyyətə müraciət

"Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib" - Beynəlxalq ictimaiyyətə müraciətKəlbəcərin Ağdaban kəndində baş verən soyqırımının 32-ci ildönümü ərəfəsində Ağdaban ictimaiyyəti və Azərbaycanın QHT təmsilçiləri beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət edib.

"Report" həmin məktubu təqdim edir:

"Biz - 1992-ci il aprelin 7-8-də Kəlbəcərin Ağdaban kəndində Ermənistanın hərbi birləşmələrinin soyqırımına məruz qalan dinc azərbaycanlı sakinlər, kütləvi qırğının canlı şahidləri, həmin hadisədə ailə üzvlərini, doğmalarını, evlərini itirən şəxslər və Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, sizə Açıq Məktubla müraciət edərək ədalət tələb edirik!

Xocalı soyqırımının ardınca – 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndində Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın zamanı 130-dan çox ev yandırılıb, 779 nəfər kənd sakininə divan tutulub. Faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. 2 nəfər itkin düşüb, 5 nəfər isə girov götürülüb.

Faciə zamanı Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndələri - Aşıq Şəmşirin və onun atası Ağdabanlı şair Qurbanın əlyazmaları, külliyyatı məhv edilib, Aşıq Şəmşirin nəvəsi diri-diri tonqalda yandırılıb.

Bu gün biz doğma torpağımızda – Ağdabandayıq. Biz Sizə işğal dövründə Ermənistan tərəfindən tamam viran edilmiş, dağıdılmış kənddən müraciət edirik. Burada Aşıq Şəmşirin məzarı daxil olmaqla, kənd qəbiristanlığındakı məzarlar dağıdılıb, qəbiristanlıqlar minalanıb. İşğal dövründə Ermənistan Azərbaycan ərazisində məscidləri uçurub, içərisində donuz, mal-qara saxlayıb, onlarla məscidi yerlə-yeksan edib. Bu, heç bir dinə, mənəviyyata sığmayan vandalizm aktıdır.

Azərbaycanın işğal edilmiş ərazilərində törədilən soyqırımı aktları, cinayətlərin nəticəsidir ki, bu gün azad edilmiş ərazilərdə onlarla kütləvi məzarlıqlar aşkarlanmaqdadır.

Fransanın, Avropa İttifaqının Avropa sülh mexanizmi adı altında Ermənistanı silahlandırması, revanşizmin baş qaldırmasına hər cür dəstək verməsi bizi hiddətləndirir. Biz bu hərəkətləri, ərazi bütövlüyü məsələsinə ikili standartlarla yanaşmaları qəbul etmir, bu addımları Azərbaycan xalqına və dövlətinə qarşı fəaliyyət hesab edirik!

Biz yaxşı bilirik ki, Ağdaban soyqırımı da Xocalıda, Meşəlidə, Quşçularda, Malıbəylidə, Qaradağlıda, Ballıqayada, Başlıbeldə olduğu kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, etnik təmizləmə aparmaq məqsədilə törədilib.

Ötən dövr, 2020-ci ildəki 44 günlük müharibə, 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı da göstərdi ki, bütün bunlar Azərbaycan xalqının mətin iradəsini sındıra bilmədi.

Biz Ağdaban icması və Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə qürur duyuruq. Onun qətiyyətli siyasəti, müdrik liderliyi nəticəsində Azərbaycan BMT qətnamələrini təkbaşına icra etdi, respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, Azərbaycan xalqı ən böyük arzusuna çatdı. Biz Prezident İlham Əliyevin siyasətini tam müdafiə edir və alqışlayırıq!"

İmzalar:

Xəlifə Hüseynov - Ağdaban sakini
Dürrə Qurbanova - Ağdaban sakini
Əliqulu Alıyev - Ağdaban sakini
Bəhman Bağırov - Ağdaban sakini
Rafiq Məhərrəmov - Ağdaban sakini
Zahid Hümbətov - Ağdaban sakini
Nəsimi Səfərov - Ağdaban sakini
Şahin Əhmədov - Ağdaban sakini
Saləddin Kərimov - Ağdaban sakini
Reyhan Qasımova - Ağdaban sakini
Təbriz Alıyev - Ağdaban sakini
Leyla Hüseynova - Ağdaban sakini
Sabay Orucov - Ağdaban sakini
Əzim Hüseynov - Ağdaban sakini
Sərvan Səfərov - Ağdaban sakini
Eyvaz Orucov - Ağdaban sakini
Tapdıq Qasımov - Ağdaban sakini
Yaşar Məmmədov - Ağdaban sakini
Ərşad Qaraşov - Ağdaban sakini
Qiyas Alıyev - Ağdaban sakini
Azər Bayramov - Ağdaban sakini
Gülarə Hüseynova - Ağdaban sakini
Qabil Məmmədov - Ağdaban sakini
Saməddin Vəliyev - Ağdaban sakini
Sevinc Alızadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi
Ramil İskəndərli - "Hüquqi Təhlil və Araşdırmalar" İctimai birliyi
Könül Behbudova - "Qarabağ İtkin Ailələri" İctimai Birliyi
Ayşən Hüseynova - "Soyqırımı Həqiqətlərinin Tanıdılması" İctimai Birliyi
Səriyyə Cəfərova - "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyi
Xalid Kazımov - "Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyi
Ceyran Əzizova - "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi
Naibə Behbudova - "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi
Tünzalə Abduləlimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi
Ceyran Həsənova - "Şəhid Analarına Dəstək" İctimai Birliyi
Rəşad Mehdiyev - "Gilavar Foto Klubu" İctimai Birliyi.

"Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib" - Beynəlxalq ictimaiyyətə müraciət"Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib" - Beynəlxalq ictimaiyyətə müraciət"Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib" - Beynəlxalq ictimaiyyətə müraciət"Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib" - Beynəlxalq ictimaiyyətə müraciət"Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib" - Beynəlxalq ictimaiyyətə müraciət"Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib" - Beynəlxalq ictimaiyyətə müraciət"Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib" - Beynəlxalq ictimaiyyətə müraciət"Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib" - Beynəlxalq ictimaiyyətə müraciət"Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib" - Beynəlxalq ictimaiyyətə müraciət"Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib" - Beynəlxalq ictimaiyyətə müraciət


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 938   Tarix: 07 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

"Azərbaycan Hava Yolları" AZAL (QSC) Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 29-u-dekabrın 31-ində keçiriləcə

29 sentyabr
.

Hacı Şahinin nəvəsi olub

Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub

29 sentyabr
.

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat

29 sentyabr
.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salındı

Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. AZAL-dan -a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkü

28 sentyabr
.

Başqası üçün rəsmiləşdirilən kredit borcunun məsuliyyətini kim daşıyır? - AÇIQLAMA

Son dövrlər bir şəxsin adına rəsmiləşdirilən kredit vəsaitindən başqa bir şəxsin istifadə etməsi ilə bağlı müxtəlif hallar gündəmə gəlir. Belə vəziyyətlərdə kredit müqaviləsinin kiminlə bağlanması, pul vəsaitindən faktiki olaraq kimin istifadə etməsi və tərəflər arasında hər hansı hüquqi razılaşmanı

28 sentyabr
.

Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR

Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl

29 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

Hansı rayonların icra başçısı yoxdur?

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev iki rayon və bir şəhərə yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhərinin Qaradağ rayonu, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan şəhəri, Hacıbaba Adil oğlu Babayev isə Gədəbə

29 sentyabr