Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...
Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub.
"Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şərt deyil" məzmunlu mesaj olub.
Məsələ burasındadır ki, ötən ilin yanvarın 21-də Könül Quliyeva dərsində istifadə etmək üçün telefonu qızına verib. Aşağı sinifdə oxuyan qızı isə vatsapın status bölməsində darıxmaqla bağlı paylaşım edib. Məktəbdə Azərbaycan dili-ədəbiyyat müəllimi çalışan Namiq Zeynalov (ad-soyad şərtidir) isə şagirdin statusuna "darıxmaq şərt deyil" mesajını yazıb.
Könülün əri isə bu mesajın onun arvadına yazıldığını düşünərək həyat yoldaşı ilə mübahisə edib. Bu zaman Rəsul mesajı Könülün qardaşına da göndərib. Həmin mesaja isə "Salam, kimdir?" cavabını yazıb.
Qadının məhkəmədə ifadəsinə görə, Könül ərindən zəng edib mesaj yazanın kim olması ilə bağlı maraqlanmağı istəsə də, o, bunu etməyib. Könül ərinin onu ölümlə hədələdiyini, bu səbəbdən qorxduğunu, özünü müdafiə etmək üçün ərinə iki dəfə balta ilə zərbə endirdiyini bildirib.
Rəsul isə məhkəmədə Könüllə heç vaxt barışmayacağını bildirib. O, arvadının ona xəyanət etməsi ilə bağlı düşüncədə qaldığını deyib:
Mənə dedi ki, "aşkım, gəl otur çörək ye". Oturub çay içəndə başımla balta ilə zərbələr endirdi".
Darıxmaqla bağlı statusa reaksiya bildirən müəllim də məhkəmədə ifadə edib. O, ifadəsində yanlış anlaşılma olduğunu bildirib:
"Həmin ərəfələrdə şagirdlərin sinfi dəyişmişdi. Uşaqlar elə bilirdilər ki, daha onların müəllimi olmayacam. Bu düşüncələr mövcud olduğu üçün həmin statusa reaksiya bildirib. Nömrələri telefona uşaqların adı və oxuduqları sinfə uyğun qeyd etmişəm. Ondan sonrakı gün isə mesaj gəldi ki, "Salam, kimdir, tanımadım?". Gələn mesaja baxanda günorta idi. Bu səbəbdən artıq kim olduğumu bildiklərini düşündüyüm üçün cavab yazmadım. Valideyn iclaslarında Könül xanımın üzünü görmüşəm, onunla heç bir münasibətim olmayıb. Mən sadəcə, şagirdin statusuna reaksiya bildirmişəm, o da anasının nömrəsi imiş. Telefonun kim istifadəsində olduğunu bilməmişəm".
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Könül Quliyeva 9 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2796 Tarix: 08 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl
22 avqustDaha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo
2 sentyabrToydan gələrkən qəzaya düşdü - Fotolar
Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl
4 sentyabrBacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs
7 sentyabrLeyla Əhmədova həbs olundu
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta
8 sentyabrƏrindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabrYatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:
26 avqustBakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı
Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c
26 avqust4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu
Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind
12 avqust