Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar.
Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər.
Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasında erməni pianoçu Hayk Melikyan tərəfindən ifa olunub.
Ermənilər bu musiqinin 1947-ci ildə Arno Babacanyan tərəfindən yazıldığını iddia ediblər.
Bu həqiqətən doğrudurmu?
Məsələ burasındadır ki, bu əsər dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasındandır.
Üzeyir Hacıbəyli bu komediyanı hələ 1910-cu ildə yazıb. Onun premyerası 1911-ci ildə, Arno Babacanyanın anadan olmasından 10 il əvvəl Bakıda baş tutub.
Komediya 1912-ci ildə Şuşada tamaşaya qoyulub. Əsər ilk dəfə 1919-cu ildə lentə alınıb. İkinci dəfə isə "O olmasın, bu olsun" filmi 1956-cı ildə çəkilib.
Təqdim etdiyimiz videoda erməni pianoçu Hayk Melikyanın ifa etdiyi "Vaqarşapat rəqsi" ilə Üzeyir Hacıbəylinin yazdığı "O olmasın, bu olsun" musiqisini müqayisə edə bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA