"Crocus" terrorçularını saxta yolla qeydiyyata salan şəxs həbs edilib
Tver məhkəməsi Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalına hücumla bağlı təqsirləndirilən şəxslərin evində saxta qeydiyyatını təşkil edən Aşurov soyadlı şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Bu barədə Tver şəhərinin Moskva Rayon Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən evdə terror aktında iştiraka görə həbs edilən İslamov A.İ. və İslamov D.İ. qeydiyyata salınıblar.
Məhkəmə Aşurovu iki ay müddətinə, yəni 11 iyun 2024-cü il tarixə qədər həbs edib. O, həm Tacikistan, həm də Rusiya vətəndaşıdır.
İstintaqın məlumatına görə, Aşurov 2017-ci ildən 2022-ci il avqustun 24-dək Sidorkovo kəndində yerləşən evində 18 Rusiya vətəndaşını saxta yolla qeydiyyata alıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin Tver vilayəti üzrə istintaq idarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, müttəhimə qarşı rəsmi ittiham irəli sürülüb.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 947 Tarix: 17 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var
Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla
23 iyunAzərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?
2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş
18 iyunGəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...
Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili
18 iyunZakir Həsənov yeni generallara rütbələrini təqdim etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"
26 iyunKDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR
Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə
23 iyunGəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu - FOTO
Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhru
29 iyunNASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini
17 iyun