"Puzzle Group"la keçmiş psixopedaqoqu arasında nə baş verib? (TƏFƏRRÜAT)
Beynəlxalq Aykido Federasiyasının İDDO proqramının Azərbaycan bölməsinin direktoru Fatimə Novruzova "Puzzle Group" Rsixo-Sosial Reabilitasiya Mərkəzinin rəhbərini məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, Fatimə Novruzova məhkəmədə iddia edib ki, 4 sentyabr 2022-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 25E ünvanında, Ağ şəhər ofis binasında fəaliyyət göstərən "Puzzle Group" Psixo-Sosial Reabilitasiya Mərkəzinə psixopedaqoq vəzifəsinə işə götürülüb və ona psixoloji və fiziki qüsurları olan uşaqlarla işləmək tapşırılıb.
İddiaçı 1 avqust 2023-cü il tarixdə işdən azad olmaq üçün müraciət edib, lakin işlədiyi Mərkəzin direktoru Rövşən Nəzərli işdən azad olma barədə ərizəsini qəbul etməyib və özünə məxsus şəxsi əşyalarını da geri qaytarmayıb.
Fatimə Novruzova məhkəmədə mərkəzin rəhbərindən ona məxsus ali təhsil haqqında diplomunu, köhnə və yeni pasportunu, evlənmək haqqında şəhadətnaməni, azyaşlı qızının şəklinin, qara rəngli çantasını və içindəki qızıl-zinət əşyalarını - dəyəri 300 manat olan 1 ədəd "Pandora" markalı qızıl sırğa, dəyəri 3000 manat olan 1 ədəd "Cartier" markalı qızıl sırğa, dəyəri 3500 manat olan 1 ədəd tək qaşlı brilyant sırğa və dəyəri 500 manat olan 1 ədəd "Roberto" markalı qızıl sırğanı, Beynəlxalq Aykido Federasiyası ilə bağlı sənədlərini və 12 ədəd güllərini tələb edib.
Fatimə Novruzova həmçinin bildirib ki, cavabdeh psixoloq ixtisası olmadığı halda onu zorla işə cəlb edib və hədə-qorxu gəlib.
Qeyd edək ki, Rövşən Nəzərli Beynəlxalq Aykido Federasiyasının "Azərbaycan Aykikay Aykido Klubları" İctimai Birliyinni tibb departamentinin rəisidir.
Rövşən Nəzərli məhkəmədə Fatimə Novruzovanın tələbini qəbul etməyib. Onun sözlərinə görə, Azərbaycan təhsil sistemində psixopedaqoq ixtisası olmadığı üçün bu vəzifədə işləməyə sadəcə ali savadın olması yetərli hesab edilir. Həmçinin qeyd edib ki, iddiaçının atası imkanlı adamdır və onun vəzifəli qohumları var: "Belə olduğu halda o necə işə məcbur edilə bilər?".
Bu səbəbdən cavabdeh hesab edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, hazırki iş üzrə iddia tələbi əsassız olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir.
Məhkəmənin qərarı ilə iddiaçı Fatimə Novruzovanın Rövşən Nəzərliyə qarşı əmlak tələbinə dair iddiası təmin edilməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 711 Tarix: 17 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
37 yaşlı yeni başçının - Dosyesi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada
28 sentyabrLamiyyə Ələkbərova bu kanalda efirə çıxacaq
Aparıcı Lamiyyə Ələkbərova yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə "Instagram" hesabında paylaşım edib. O bildirib ki, bu televiziya mövsümündə TMB kanalında efirə çıxacaq. L.Ələkbərova "Ulduzla danış" verilişinin aparıcısı olacaq
28 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrAZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salındı
Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. AZAL-dan -a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkü
28 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrSabah Bakıda leysan olacaq - Xəbərdarlıq
Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşə
28 sentyabrVətən müharibəsinin başlamasından altı il ötür
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu
27 sentyabr