Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı
Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib.
"Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.
Məhkəmə prosesində S.Təhməzova ilə yanaşı, oğlu Əhəd Abbasov da xüsusi ittihamçı qismində çıxış edib. Onlar Könül Abbasovanın mətbuatda qardaşının intiharı ilə bağlı səsləndirdiyi ittihamların böhtan olduğunu bildiriblər və onun Cinayət Məcəlləsinin 147.2-ci (147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi əsasında cəzalandırılmasını tələb ediblər.
Məhkəmə Könül Abbasovanın müsahibəsindəki cümlələrlə bağlı linqvistik ekspertiza təyin edib. Ekspert rəyi ilə Abbasova Könül Əhəd qızının çıxışındakı cümlələrdə Sevinc Təhməzovanı ağır və xüsusi ilə ağır cinayətlərdə ittiham etmək məzmunlu məlumatlar olduğu müəyyən edilib və məqalədəki cümlələrdə böhtan elementlərinin olması təsdiqini tapıb.
Məhkəmə K.Abbasovanın Cinayət Məcəlləsinin 147.1-ci (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yayma) maddəsi ilə cəzalandırılması qərarına gəlib. Məhkəmənin hökmü ilə o, 1000 manat cərimə edilib.
Qeyd edək ki, K.Abbasova "Qafqazinfo"ya açıqlamasında qardaşı Rauf Abbasovun intiharına görə onun həyat yoldaşı Sevinc Təhməzovanı ittiham etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1433 Tarix: 17 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı
Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl
13 sentyabr 2021Göygöldə 83 yaşlı kişi intihar edib
Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi
25 avqust 2021Kürdəmirdə qardaş bacısını qətlə yetirdi
Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl
15 sentyabr 2021Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu
Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın
29 avqust 2021Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB
Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B
1 sentyabr 2021Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə
28 avqust 2021İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit
22 avqust 2021Bakı sakini döyülərək öldürüldü
Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda
1 sentyabr 2021