Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: "Anana oxşayırsan..."

Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: "Anana oxşayırsan..."Lənkəranda 1965-ci il təvəllüdlü Kərəm yetkinlik yaşına çatmayan Elnarəyə (adlar şərti verilib - red.) təcavüz edib.

Teleqraf.com-un məlumatına görə, Kərəm 2022-ci il avqustun əvvəllərində günorta saatlarında qonşuluqda yaşayan Elnarəni idarə etdiyi "Hyundai" markalı avtomobilə əyləşdirib.

O, dəniz kənarına gələrək avtomobili saxlayıb. Arxa sərnişin oturacağına əyləşdikdən sonra öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Elnarəyə qarşı seksual xarakterli hərəkətlər edib.

Elnarəyə əxlaqsız iyrənc hərəkətlər edib, sonra onunla təbii yolla cinsi əlaqədə olub.

Sonuncu dəfə 2022-ci ilin sentyabrın əvvəllərində Elnarəni öz yaşadığı evə dəvət edib və orada onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Kərəmin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

"Onu razı salmışam"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kərəm ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, zərərçəkmiş Elnarə qonşuluqda yaşayıb:

"Qonşu olduğumuz üçün mən və həyat yoldaşım onlara qonaq gedirdik. Elnarənin ailəsi də bizə gəlirdilər. Ona həmişə şirin sözlər demişəm, bədən quruluşunun yaxşı olduğunu bildirmişəm.

2022-ci ilin iyun-iyul aylarında Elnarə yaşadıqları evin qapısının ağzında olan skamyada oturarkən onun yanına getdim. Onunla söhbət etməyə başladım. Elnarənin cinsi cəhətdən tam yetişdiyini, həmçinin mənim vasitəmlə cinsi ehtirasını ödəyə biləcəyini ona bildirdim. Elnarə ilə bir-iki dəfə bu formada söhbət etmişəm, onu razı salmışam".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin avqust ayının əvvəllərində istifadəsində olan mobil telefonla Elnarəyə zəng edib:

"Elnarə küçəyə çıxdıqdan sonra oğluma məxsus "Hyundai" markalı avtomobillə dəniz kənarına getdik. Maşını bir tərəfə verərək saxladım. Sonra sürücü yerindən düşərək arxa oturacağa keçdim".

"Onun atasıyam"

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Elnarəyə qarşı əxlaqsız seksual hərəkətlər edib:

"Dəqiq xatırlamasam da, bu hərəkəti müqabilində Elnarəyə təxminən beş manat verdim. O, tez-tez mənə zəng edərək görüşməyimiz üçün vaxt istəyirdi. Növbəti dəfə 2022-ci ilin avqust ayının ortalarında görüşdük. Onu dəniz kənarına apardım. Orada yenidən qeyri-təbii yolla cinsi əlaqədə olduq. Elnarə ilə təbii yolla da cinsi əlaqədə olmuşam. Ona qarşı psixi və ya fiziki zor tətbiq etməmişəm. Genetik ekspertizanın rəyi ilə razıyam. Elnarənin yeni doğulmuş övladının atasıyam. Doğulmuş Fuad adlı uşağın maddi təminatını tam şəkildə ödəyirəm".

"Anama oxşadığımı bildirdi"

İş üzrə zərərçəkmiş Elnarənin sözlərinə görə, atası, anası, qardaşı ilə birlikdə yaşayır:

"Dərslərə davamiyyətim normal olmadığı üçün 2023-cü ilin noyabrından orta məktəbə getməyi dayandırdım. Məktəbdə oxuduğum vaxtlarda həm müəllimlər, həm də sinif yoldaşlarımla münasibətim normal olub. Yaşadığım məhəllədə də qonşularımız ilə münasibətimiz normaldır.

Bizimlə qonşuluqda yaşayan təxminən 50 yaşlı Kərəmi tanıyıram. O, bizə tez-tez, bəzən arvadı ilə, bəzən də tək gəlirdi. Atamla dost idilər. Bəzən atam evdə olmayan vaxtda da bizə gəlirdi. Həmişə məni tərifləyirdi. Bəzən mənim qeyrətli qız olduğumu, bəzən də bədən quruluşumun yaxşı olduğunu, hətta anama da oxşadığımı deyirdi".

"Mənə xərclik verəcəyini bildirdi"

Elnarənin sözlərinə görə, Kərəm ona bir dəfə cinsi əlaqədə olacaqlarını və bunun qarşılığında xərclik verəcəyini deyib:

"Kərəmə onunla yalnız bir dəfə cinsi əlaqədə olacağımı bildirdim".

Elnarə qeyd edib ki, daha sonra hər dəfə Kərəm cinsi əlaqədə olduqları üçün ona beş manat verib.

"Anam hamilə olduğumu bildi"

Elnarə bildirib ki, Kərəmlə sonuncu dəfə 2022-cü il sentyabrın əvvəllərində görüşüblər:

"Kərəmlə görüşdükdən sonra özümü qəribə hiss etdim. Hamilə olduğumu bildikdə qorxumdan bu barədə heç kəsə bir söz demədim. Lakin qarnım böyüyəndə anam hamilə olduğumu bildi. Kərəm mənimlə cinsi əlaqədə olarkən psixi və ya fiziki zor tətbiq etməyib. Onunla könüllü şəkildə cinsi əlaqədə olmuşam".

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kərəmin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona üç il sınaq müddəti olmaqla bir il altı ay şərti cəza təyin olunub.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1602   Tarix: 18 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla

23 iyun
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"

26 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu - FOTO

Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhru

29 iyun
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun