Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF
Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələrin 1 uşaqlı sistemə keçməsi arıtq bir çox sosioloqları dərindən narahat edir və bununla bağlı ciddi xəbərdarlıq edirlər. Ekspertlər bildirirlər ki, belə hal davam edərsə ölkədə vaxtından əhalinin qocalması və sayının azalması baş verə bilər. Azərbaycanda ailələr uşağa baxmağın maddi baxımında çətinliyi və şəraitlərinin olmaması səbəbindən 1 uşağın ayxud 2 uşağın doğulmasına üstünlük verirlər. Dünya ölkələrində əhalinin artımı, çoxuşaqlı ailələrə edilən yardımlar hamıya məlumdur. Ölkədə tez-tez uşaqpulu mövzusu gündəmə gəlir. Ölkədə mövcud sosial yardımlardan isə hamı yararlana bilmir. Müəyyən limitlərin tətbiqi ailələrin bu müavinətlərdən yararlanmasına mane olmur. Bu baxımdan əhali sayının normaya salınması, o cümlədən çoxuşaqlı ailələrə dətək məqsədilə bu kateqoriyadan olan üç uşaqlı ailələr üçün müavinətlər yaradıla bilər?
Mövzu ilə bağlı sosioloq Mail Yaqubov Sonxeber.az-a öz fikirlərini bölüşüb:
"Mən düşünürəm ki, ailələrdə uşaq artımı məqsədilə dövlət bu cür təşviqedici addımlar atmalıdır. Eyni zamanda, boşanmaların və uşaqların artımı məqsədilə bir sıra layihələr həyata keçirilməlidir. Çünki belə davam edərsə, beynəlxalq hesabatlara görə, Azərbaycanda 2100-cü ilə qədər əhalinin sayı 10 milyondan 8 milyona kimi azala bilər. Fakt budur ki, ailələr 1 yaxud iki uşaqla kifayətlənirlər. Hətta bəzi ailələr ancaq 1 uşağa üstünlük verirlər. Hələ bizdə boşanmaların sayı çoxdur və dünya liderliyindəyik. Bu baxımdan əhali artımının ləngiməsinə və azalasına təsir edən güclü bir amildir. Dövlət buna görə də, müdaxilə etməli müavinətlərin təyin edilməsi və bir sıra layihələrin həyata keçirilməsi üçün tədbirlər görülməlidir".
Qeyd edək ki, Ədliyyə Nazirliyi 2024-cü ilin yanvar-fevral aylarında evlənib-boşananlarla bağlı statistika açıqlayıb. Statistikaya görə, 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb. Mütəxəssislər bildirib ki, ailə institutu anlayışı məhv olmağa doğru gedir və bunun qarşısını almaq üçün ailələrin dəstəyə mütləq şəkildə ehtiyacı var.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Sabunun məişətdə 10 faydalı istifadə üsulu