Zakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi - FOTO/VİDEO

Zakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi - FOTO/VİDEOMüdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polis İdarəsinin yaranmasının 32-ci ildönümü münasibətilə Gəncə hərbi polis bölməsində keçirilən tədbirdə iştirak edib.

Sonxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirildiyini qeyd edib. Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu əsas vəzifələrdən danışıb.

Hərbi polis bölmələrinin xüsusilə azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində xidməti fəaliyyətini müsbət qiymətləndirən nazir şəxsi heyəti təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Komendant və qoşun xidmətinin təşkilində fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən hərbi obyektə baxış keçirib.

Məruzə edilib ki, müasir standartlara uyğun yeni inşa edilmiş hərbi obyektdə xidmətin təşkili və hərbi qulluqçuların asudə vaxtlarının səmərəli keçirilməsi üçün hər cür şərait mövcuddur.
Qarovul evində yaradılan şəraitlə də tanış olduqdan sonra general-polkovnik Z.Həsənov hərbi avtomobillərə baxış keçirib, nəqliyyat vasitələrinin texniki göstəricilərinin yüksək səviyyədə saxlanılması, həmçinin təlimata uyğun istifadə və istismarına xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Müdafiə naziri qoşun, qarnizon qarovul, patrul və azad edilmiş ərazilərdə komendant xidmətinin keyfiyyətli təşkilinə dair göstərişlər verib, digər zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissənin ərazisində ağaclar əkilib.

Zakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi - FOTO/VİDEOZakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi - FOTO/VİDEOZakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi - FOTO/VİDEOZakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi - FOTO/VİDEOZakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi - FOTO/VİDEOZakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi - FOTO/VİDEOZakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi - FOTO/VİDEOZakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi - FOTO/VİDEOZakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi - FOTO/VİDEOZakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi - FOTO/VİDEOZakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi - FOTO/VİDEOZakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi - FOTO/VİDEOZakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi - FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1795   Tarix: 21 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

"Bakcell" İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

"Bakcell" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın tarixi-mədəni irsinin rəqəmsal təqdimatına yönəlmiş layihənin icrasına başlayıb. xəbər verir ki, təşəbbüs çərçivəsində Şirvanşahlar Sarayı və Qız Qalasında artırılmış reallıq (AR) və süni intellekt texnologiyaların

28 sentyabr
.

AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salındı

Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. AZAL-dan -a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkü

28 sentyabr
.

Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. *. TƏBİB-dən sorğumuza cavab olara

28 sentyabr
.

Paytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI

Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər

28 sentyabr
.

Qazi aşpaz vəfat etdi - Foto

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü

28 sentyabr