ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) "İmprotex İndustries" MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərinin satın alınması üçün "İmprotex İndustries" MMC-yə 19 milyon 629 min 520 manat ödəyəcək.
Qeyd edək ki, "İmprotex İndustries" MMC 1 iyul 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Həzi Aslanov, ev 115, m. 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Mühəmməd Fərid Azər oğludur.
Məlumat üçün bildirək ki, ANAMA-dan 20 milyon manatlıq sifariş alan şirkət Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.
Sabiq nazir işğaldan azad olunan ərazilərdə yaradılan "Araz Vadisi İqtisadi Zonası"nda xüsusi təyinatlı texnika və metal məmulatları istehsal edən müəssisə açıb. Həmin müəsssiədə mexaniki minatəmizləyənlərin də hazırlandığı bildirilib.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
"Dövlət satınalmaları haqqında" Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, minatəmizləmə texnikasının satın alınması məxfi məlumat hesab oluna bilməz. Hətta ötən ilin oktyabr ayında mətbuatda "İmprotex İndustries" MMC-nin ANAMA-ya 4 ədəd "Revival P" mexaniki minatəmizləmə maşını təhvil verdiyi barədə məlumat yayılıb. Bu səbəbdən də, ANAMA-nın satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Sabunun məişətdə 10 faydalı istifadə üsulu