Delimitasiya prosesi BAŞLANDI: Naxçıvana gedən yol açılır? - AÇIQLAMA

Delimitasiya prosesi BAŞLANDI: Naxçıvana gedən yol açılır? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. Sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Delimitasiya prosesi, kəndlərin qaytarılması sülh müqaviləsinin imzlaanması ilə bağlı inamları belə artırdı. Lakin razılaşmalara əsasən Naxçıvana gedən yolun bərpası hələ də uzanır. Delimitasiya prosesinin başlanması, Naxçıvan yolunun açılmasına gətirib çixara bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildriib ki, Azərbaycan və Ermənistan sərhədləirn delimitasiyası prosesi bir sıra məsələlərin həllinə təkan verə bilər:

"O cümlədən Azərbaycan tərəfinin Zəngəzur yolu adlandırdığı nəqliyyat marşrutunun açılmasıda mümkündür. Ötən gün prezident İlham Əliyevin ADA Universitetində təşkil olunan COP 29 və "Azərbaycan üçün yaşıl baxış" mövzusunda çıxışı zamanı bu məsələyə toxunaraq deyib ki, Zəngəzur dəhlizi sözü 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda adı çəkilməsə də, bu məsələ öz əksini tapıb. Qeyd edim ki, həmin sənədin 9-cu maddəsində bildirilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. O cümlədən Ermənistan Respublikası vətəndaşları nəqliyyat vasitələrinin və yüklərinin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonlarını və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti orqanları həyata keçirir. Yəni 9-cu maddə Naxçıvana gedən yolun açılması deməkdir".

Siyasi şərhçinin sözlərinə görə, sadəcə olaraq Ermənistan bu yolun açılmasına problem yaratmağa çalışır. Bunun əsas səbəbi məsələyə Rusiya sərhədçilərinin nəzarət etməsidir:

"Təbii ki, Ermənistanın Rusiya ilə problemləri, onları necə həll edəcəkləri ilə bağlı məsələlərin Azərbaycana aidiyyəti yoxdur. Bununla belə, həmin sənəddə bu məsələ öz əksini tapıb. Sənədin həyata keçirilməsi münasibətlərin normallaşması üçün vacib şərtlərdəndir. Burada müddət demək çətindir. Çünki bu müddət ərzində dağıdılmış həmin Naxçıvana gedən yolu bərpa olunmalıdır. Ona görə də yaxın dövrlərdə həmin yolun gec yaxud tez açılacağı istisna olunmur. Bu yol İran ərazisindən keçən yola alternativ deyil. Naxçıvana gedən yol ənənəvi yoldur. Bu yolun əhəmiyyəti daha böyükdür və regional təhlükəsizlik, o cümlədən əməkdaşlıq üçün çox vacibdir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 3481   Tarix: 24 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Təcili yardım niyə gecikir? - RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirus xəstələrinin və COVID-19-a şübhəli hansı hallarda poliklinikaya, hansı hallarda isə Təcili Tibbi Yardıma müraciət etməsi barədə məsələyə münasibət bildirib. Onun sözlərinə görə, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqınd

8 dekabr 2020
.

Bu ölkədə gecə əyləncələri BƏRPA OLUNUR

Rusiya paytaxtının rəhbərliyi bu gündən etibarən iaşə müəssisələrinin, klubların, diskotekaların və digər əyləncə təşkilatlarının gecə işinə qoyulan məhdudiyyəti ləğv edib. Bu barədə Moskva meri Sergey Sobyanin özünün bloqunda məlumat verib. Məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, gecə məkanlarını

27 yanvar 2021
.

İri ticarət mərkəzləri və "Mall"lar sentyabrın 13-dən açılır?-AÇIQLAMA

Sentyabrın 8-dən Azərbaycanda karantin rejimi yenidən yumşaldılır. Belə ki, rayonlara şəxsi avtomobillə gediş-gəliş bərpa edilir, restoran və kafelər əvvəlki qaydada fəaliyyət göstərəcək. Növbəti yumşalmada iri ticarət mərkəzləri də açılacaqmı? . Bununla bağlı -a danışan deputat Azər Badamov bildiri

7 sentyabr 2020
.

İTV-nin əməkdaşına qarşı sosial şəbəkədə təxribat - FOTO

İTV-nin əməkdaşı Nigar Sabirqızına qarşı sosial şəbəkədə təxribat olub. -ın xəbərinə görə, bu barədə N.Sabirqızı özü məlumat verib. "İnstagramda bəzi səhifələr şəklimdən istifadə edərək guya hansısa məbləğdə pul uduşu qazanmağım və bu barədə İTV-nin efirində məlumat getdiyi ilə bağlı yalan informasiy

4 aprel 2021
.

MM-də dövlət qulluğuna qəbul qaydalarının sadələşdirilməsi təklif olunub

"2019-cu ilin dövlət büdcəsində əməyin ödənişi xərci üzrə 82 milyon manat qənaət yaranıb. Bu, əsasən büdcə təşkilatlarında olan vakant vəzifələrin vaxtında doldurulmaması ilə bağlıdır". , bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasını

6 noyabr 2020
.

"Düşmən mediasındakı yalan məlumatlar hərbçilərimizin ruhuna mənfi təsir edə bilər"

"Daxili hərbi-siyasi vəziyyəti iyul döyüşlərinə nəzərən təhlil etdikdə görürük ki, bu döyüşlərdə Azərbaycanın media sektoru da özünü müsbət mənada göstərdi. Müdafiə Nazirliyinin mətbuat xidməti lazımi tədbirlər görərək, həm iaşə obyektlərində, həm ictimai nəqliyyatda, həm də kütləvi informasiy

21 avqust 2020
.

Hamilə qadınlar peyvənd olundu - Təhlükə varmı?

"Pfizer/BioNTech" hamilələr üçün peyvənd sınaqlarına başlayıb. -a istinadən bildirir ki, araşdırma 9 ölkədə 4 min qadın üzərində gerçəkləşdiriləcək. Artıq araşdırma çərçivəsində ABŞ-dakı qadınlara ilk dozalar inyeksiya olunub. Prosedura qatılan qadınlar 18 yaşdan yuxarı və hamiləliklərini

13 mart 2021
.

Vətən Müharibəsi şəhidinin 19 yaşı qeyd edildi

Biləsuvarda Vətən müharibəsi şəhidi İlkin Məmmədovun doğum günü qeyd olunub. -a istinadən xəbər verir ki, bu gün şəhidimizin Biləsuvar şəhərindəki ata ocağı rayon ictimaiyyəti və döyüş yoldaşları tərəfindən ziyarət olunub. Məmmədov İlkin Fərhad oğlu 27 mart 2002-ci ildə Biləsuvar rayonunda dünyaya gö

27 mart 2021
.

Bir saata iki zəlzələ oldu

Gürcüstanın qərbində, Oni şəhərindən cənub-şərqində iki zəlzələ olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir saat fərqi ilə baş verən zəlzələlərin episentri Onçeli kəndində yerləşib. Birinci zəlzələ 3,7, ikinci zəlzələ isə 4,3 bal gücündə olub. Dağıntı və itkilər barədə məlumat yoxdu

13 mart 2021