İri ticarət mərkəzləri və "Mall"lar sentyabrın 13-dən açılır?-AÇIQLAMA
Sentyabrın 8-dən Azərbaycanda karantin rejimi yenidən yumşaldılır. Belə ki, rayonlara şəxsi avtomobillə gediş-gəliş bərpa edilir, restoran və kafelər əvvəlki qaydada fəaliyyət göstərəcək. Növbəti yumşalmada iri ticarət mərkəzləri də açılacaqmı?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, Operativ Qərargah gündəlik sanitar epidemioloji vəziyyəti təhlil edir və şəraitə uyğun qərarlar qəbul edilir.
Ölkədə koronavirus pandemiyası sabitləşdiyindən sentyabrın 8-dən tətbiq olunmuş karantin rejimində bir çox yumşalmalarla bağlı qərar qəbul olunub.
Vəziyyətin sabitləşməsi onu deməyə imkan verir ki, insanlarımız pandemiya dövrünün tələblərinə uyğun yaşamağa öyrəşir.
Əvvələr tibbi maskanın taxılmasına insanlar bir təhər baxırdısa, indi hamı üzərində tibb maska gəzdirir. Qapalı məkana daxil olan kimi hamı tibbi maskanı taxır. Onu da qeyd etmək lazımdır ki, nəzarət də güclənib.
Qaydaları pozanlar cərimə olunur, ictimai qınaq artıb. Düşünürəm növbəti mərhələdə yumşalmalar iri ticarət mərkəzlərini əhatə etməlidir. Çünki, uzun müddət qapalı olduğundan belə yerlərdə insanlar işsiz qalmış, sənaye malların satışı ilə məşğul olan minlərlə sahibkarın satışında yaz kolleksiyası geyim malları qalmışdır. İndi heç olmasa belə sahibkarlıq subyektlərinə şərait yaradılmalıdır ki, qış mövsümünə hazırlaşsınlar. Dünya praktikasında da iri ticarət mərkəzlərin fəaliyyətinə qoyulmuş qadağalar aradan qaldırılıb.
Pandemiyanın ömrü nə qədər uzanacağı heç kim bilmir. Ona görə də iqtisadiyyatın ölkə daxili bütün sahələrin fəaliyyəti bərpa olunmalı və dövrün tələblərini gözləməklə həyata davam olunmalıdır. Hərə öz işi ilə məşğul olmalıdır.
İnsanlar işləməli, nəzarətçilər pandemiya dövrün tələblərinə riayətinə nəzarəti gücləndirməli və həkimlər də müalicə ilə məşğul olmalıdır. Düşünürəm pandemiya dövründə həyata davamın formulu belə olmalıdır. Belə olarsa qısa bir zamanda ölkədə iqtisadi fəallıq bərpa olunar, insanlar pandemiyanın yaratdığı iqtisadi çətinliklədən tez bir zamanda qurtular. Ən düzgün qərarları və son sözünü Operativ Qərargah deyir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 16622 Tarix: 07 sentyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyə XİN başçısı: "Problem yalnız Ermənistan çəkiləndən sonra çözüləcək"
"Bu, dondurulmuş bir ixtilaf (münaqişə) idi. Daha doğrusu, həlli dondurulmuş bir ixtilaf idi. Bu problemin qısa bir zamanda həlli mümkündürmü? Bəli, Ermənistan geri çəkilsə, mümkündür". TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib. "Bu problemi
6 oktyabr 2020UEFA prezidentindən Kristian Eriksenlə bağlı açıqlama
"Mən Kristian Eriksənə tezliklə sağalmasını arzulayıram və dua edirəm ki, onun ailəsində güc və inam olsun". UEFA-nın mətbuat xidmətinin məlumatına görə, bu sözləri qurumun prezidenti Aleksandr Çeferin deyib. "Bu zaman futbol ailəsinin birliyi o qədər böyük idi ki, o və ailəsi hər kəsi
12 iyun 2021Koronavirusu dəf edən SİMPTOM AŞKARLANDI
İybilmənin zəifləməsi koronavirusun erkən diaqnozu üçün etibarlı amil olmaqla yanaşı, həm də xəstəliyi dəf etmək ehtimalına dair nikbin əlamətdir. Belə bir qənaət Madrid Complutense Universiteti (UCM) və San Karlos Klinik Hospitalının mütəxəssislərinin rəhbərliyilə keçirilən 5 868 koronavirus xəstəsini
16 mart 2021Bülbülün Şuşadakı evinin bərpa layihəsi hazırdır
"Şuşaya səfər edəndə özümlə memar Rizvan Bayramovu da aparmışdım. Mən ondan xahiş elədim, bir yerdə, bir maşında Şuşaya getdik". xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib. Səfirin sözlərinə görə, daha sonra Rizva
27 mart 2021SON DƏQİQƏ: Yoluxma KƏSKİN ARTDI
Azərbaycanda bu gün koronavirus infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 8 nəfər "COVID-19"dan vəfat edib
13 mart 2021SON DƏQİQƏ: Yoluxanların sayı 2000-ə yaxınlaşır
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 690 yeni yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 19 nəfər COVID-19-dan vəfat edib
27 mart 2021Koronavirusun "delta" variantı 96 ölkədə qeydə alındı - ÜST
Koronavirusun "delta" variantı bu günədək dünyanın 96 ölkəsində qeydə alınıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində deyilir. Qeyd olunur ki, ilk dəfə Hindistanda aşkar edilmiş bu ştamm son həftə ərzində 11 yeni ölkədə müşahidə olunub. Bunda
30 iyun 2021