İlham Əliyev: "Biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsini tezliklə başa çatdıracağıq"

İlham Əliyev: "Biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsini tezliklə başa çatdıracağıq""Mən İtaliya parlamentinin sədr müavininin başçılığı ilə müxtəlif siyasi qrupları təmsil edən nümayəndə heyətini qəbul etmişəm. Onlar Ağdamda və Gəncədə olmuşlar. Birinin işğal nəticəsində viran qoyulduğu, digərinin isə müharibə vaxtı ballistik raket hücumu nəticəsində çoxsaylı qurban verdiyi bu iki şəhərə səfər etməklə bağlı onların qərarı məni təsirləndirdi".

Sonxeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Bizim münasibətlərimizə gəldikdə, hesab edirəm ki, bunun gözəl gələcəyi var. Bu günədək biz siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğura nail olmuşuq. Biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsini tezliklə başa çatdıracağıq. Bununla da Azərbaycan və İtaliya gələcək onilliklər ərzində enerji sahəsində çox yaxın tərəfdaş olacaqdır. Bu, müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Bildiyiniz kimi, biz hər il Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısını təşkil edirik və İtaliya hər zaman burada yüksək səviyyədə təmsil olunur. Həmin toplantıların sayəsində biz 3500 kilometr uzunluğunda boru kəmərini inşa etməyə müvəffəq olduq. Kəmərin başlanğıcı Bakıda, sonu isə İtaliyadadır", - dövlət başçısı bildirib.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 398   Tarix: 09 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rusiya hərbi gəmilərinin Bakıya gəlməsini necə qiymətləndirmək olar? – ŞƏRH

"Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hərbi gəmilərinin Bakıya gəlməsi və onların qonaq kimi qarşılanması "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etməsilə əlaqəlidir". Bunu "MediaPost"

21 avqust 2020
.

Maskanın yaratdığı təhlükə - Ağızda göbələk əmələ gələ bilər

Həkim İhsan Hubbezoğlu koronavirus epidemiyası zamanı istifadəsi məcburi olan maskanın ağız və diş sağlamlığına təsir etdiyini bildirib. -a istinadla bildirir ki, onun fikrincə, maskaları dəfələrlə taxmaq, eyni maskanı uzun müddət istifadə etmək və keyfiyyətsiz bir maska seçmək ağızda göbələk əmələ gəlməsin

13 mart 2021
.

Vətən Müharibəsi şəhidinin 19 yaşı qeyd edildi

Biləsuvarda Vətən müharibəsi şəhidi İlkin Məmmədovun doğum günü qeyd olunub. -a istinadən xəbər verir ki, bu gün şəhidimizin Biləsuvar şəhərindəki ata ocağı rayon ictimaiyyəti və döyüş yoldaşları tərəfindən ziyarət olunub. Məmmədov İlkin Fərhad oğlu 27 mart 2002-ci ildə Biləsuvar rayonunda dünyaya gö

27 mart 2021
.

"Düşmən mediasındakı yalan məlumatlar hərbçilərimizin ruhuna mənfi təsir edə bilər"

"Daxili hərbi-siyasi vəziyyəti iyul döyüşlərinə nəzərən təhlil etdikdə görürük ki, bu döyüşlərdə Azərbaycanın media sektoru da özünü müsbət mənada göstərdi. Müdafiə Nazirliyinin mətbuat xidməti lazımi tədbirlər görərək, həm iaşə obyektlərində, həm ictimai nəqliyyatda, həm də kütləvi informasiy

21 avqust 2020
.

Koronavirus səbəbilə İtaliyada ölümlərin sayı 18% artıb

2020-ci ildə İtaliyada təxminən 750 min nəfər ölüb ki, bu da 2019-cu illə müqayisədə 18 faiz çoxdur. "Report"a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutunun (Istat) bu gün yaydığı hesabatda deyilir. Mütəxəssislər qeyd edir ki, ölüm faizinin artmasının səbəblərində

3 may 2021
.

Filippində koronavirusun yeni növü aşkarlanıb

Filippin hökuməti bu gün ölkə ərazisində koronavirusun yeni növünün aşkarlandığını təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, P.3 adı verilən yeni virusa hazırda 98 nəfərin yoluxması təsdiqlənib. Bununla yanaşı, Səhiyyə Nazirliyi Braziliyadan qayıtmış bir vətəndaşda adıçəkilən ölkəy

13 mart 2021
.

Şamaxıda evə basqın edib qadını çənəsindən bıçaqladılar

Şamaxıda quldurluq hadisəsi baş verib. "Ölkə.Az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) avqustun 24-də saat 3 radələrində, şəhər sakini P.Niyazovun evinə girən bir nəfərin onu və arvadını bıçaql

31 avqust 2020
.

Koronavirusu dəf edən SİMPTOM AŞKARLANDI

İybilmənin zəifləməsi koronavirusun erkən diaqnozu üçün etibarlı amil olmaqla yanaşı, həm də xəstəliyi dəf etmək ehtimalına dair nikbin əlamətdir. Belə bir qənaət Madrid Complutense Universiteti (UCM) və San Karlos Klinik Hospitalının mütəxəssislərinin rəhbərliyilə keçirilən 5 868 koronavirus xəstəsini

16 mart 2021
.

UEFA prezidentindən Kristian Eriksenlə bağlı açıqlama

"Mən Kristian Eriksənə tezliklə sağalmasını arzulayıram və dua edirəm ki, onun ailəsində güc və inam olsun". UEFA-nın mətbuat xidmətinin məlumatına görə, bu sözləri qurumun prezidenti Aleksandr Çeferin deyib. "Bu zaman futbol ailəsinin birliyi o qədər böyük idi ki, o və ailəsi hər kəsi

12 iyun 2021