Rusiya hərbi gəmilərinin Bakıya gəlməsini necə qiymətləndirmək olar? – ŞƏRH

Rusiya hərbi gəmilərinin Bakıya gəlməsini necə qiymətləndirmək olar? – ŞƏRH"Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hərbi gəmilərinin Bakıya gəlməsi və onların qonaq kimi qarşılanması "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etməsilə əlaqəlidir".

Bunu "MediaPost"a açıqlamasında rus gəmilərinin Bakıya gəlməsini şərh edərkən hərbi ekspert Abuzər Əbilov deyib.

O bildirib ki, Rusiya Hərbi Dəniz Donanmasının gəmilərinin Bakıya gəlməsinə səbəb keçirilən beynəlxalq hərbi yarışların davamıdır:

"Bu oyunlar mütəmadi keçirilir. Təəssüf ki, builki ordu oyunları Tovuz hadisələrinə təsadüf etdi. Ona görə də bu mövzuda fikirlər birmənalı deyil. Məsələyə aqressiv münasibət regiondakı vəziyyətə ziddir. Bilmək lazımdır ki, gəmilərin yarışlar çərçivəsində gəlməsi Azərbaycan üçün heç bir narahatlıq yaratmır. Bu, sadəcə olaraq, hərbi oyunların tərkib hissəsidir".

A. Əbilovun sözlərinə görə, hazırkı vəziyyəti geosiyasi prosesə baxıb qiymətləndirmək lazımdır:

"Səbrsizlik və aqressivlik bizə yalnız zərər verə bilər. Bugünkü hadisələr fonunda Xəzərdə bizə ikinci münaqişə lazım deyil. Tarixi gedişata nəzər yetirək. Türkiyə Respublikası kimi dövlət çox vaxt ruslarla üz-üzə gəlib, lakin hazırkı dönəmdə siyasətini səbrlə yürüdərək böyük münaqişələrdən yayınmağa çalışır. Türkiyə ilə Rusiya dünya müharibə arenalarında üz-üzə gəlsələr də, yenə də əlaqələri var. Ona görə prosesləri düzgün analiz edib qiymətləndirmək lazımdır".

Qeyd edək ki, Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Mahaçkala" və "Astraxan" kiçik artilleriya gəmiləri, "SB-738" xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1717   Tarix: 21 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Njde yox, Pənahəli xan! - "Yandeks" adları dəyişdi

Rusiyanın "Yandex.Maps" axtarış və məlumat kartoqrafik xidməti Şuşa xəritəsini yeniləyərək küçə adlarını erməni dilindən Azərbaycan dilinə dəyişib. Haqqın.az-a istinadən xəbər verir ki, əvvəllər faşist Qaregin Njdenin adını daşıyan küçə hazırda Qarabağ xanlığının əfsanəvi qurucusu Panahəl

21 mart 2021
.

SON DƏQİQƏ: Yoluxma KƏSKİN ARTDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 8 nəfər "COVID-19"dan vəfat edib

13 mart 2021
.

Danışmaq adı ilə vətəndaşların telefonunu oğurlayan şəxs saxlanıldı - FOTO

Gəncədə danışmaq adı ilə vətəndaşların telefonunu ələ keçirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan -a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə (RPİ) bir nəfər vətəndaşa məxsus mobil telefonun naməlum şəxs tərəfində

28 mart 2021
.

UEFA prezidentindən Kristian Eriksenlə bağlı açıqlama

"Mən Kristian Eriksənə tezliklə sağalmasını arzulayıram və dua edirəm ki, onun ailəsində güc və inam olsun". UEFA-nın mətbuat xidmətinin məlumatına görə, bu sözləri qurumun prezidenti Aleksandr Çeferin deyib. "Bu zaman futbol ailəsinin birliyi o qədər böyük idi ki, o və ailəsi hər kəsi

12 iyun 2021
.

İTV-nin əməkdaşına qarşı sosial şəbəkədə təxribat - FOTO

İTV-nin əməkdaşı Nigar Sabirqızına qarşı sosial şəbəkədə təxribat olub. -ın xəbərinə görə, bu barədə N.Sabirqızı özü məlumat verib. "İnstagramda bəzi səhifələr şəklimdən istifadə edərək guya hansısa məbləğdə pul uduşu qazanmağım və bu barədə İTV-nin efirində məlumat getdiyi ilə bağlı yalan informasiy

4 aprel 2021
.

"Düşmən mediasındakı yalan məlumatlar hərbçilərimizin ruhuna mənfi təsir edə bilər"

"Daxili hərbi-siyasi vəziyyəti iyul döyüşlərinə nəzərən təhlil etdikdə görürük ki, bu döyüşlərdə Azərbaycanın media sektoru da özünü müsbət mənada göstərdi. Müdafiə Nazirliyinin mətbuat xidməti lazımi tədbirlər görərək, həm iaşə obyektlərində, həm ictimai nəqliyyatda, həm də kütləvi informasiy

21 avqust 2020
.

Yerə asteroid yaxınlaşır - NASA heç nə edə bilməyəcək

Noyabrın 24-də NASA Yer üçün təhlükə yaradan bir qrup meteoritin trayektoriyasını dəyişməyi planlaşdırır. Unikal.org xəbər verir ki, mütəxəssislər isə kosmik agentliyə əvvəlcə kəşfiyyat üçün "DART" zərbə zondunun müvafiq buraxılış tarixini qeyri-müəyyən müddətə köçürməyi məsləhət görüblər

13 sentyabr 2021
.

Ermənilərin iyul təxribatı Rusiya KİV-də

"Azərbaycan XXI əsrin müharibəsinin yeni imkanlarını nümayiş etdirdi". İqor Korotçenko, "Milli müdafiə" jurnalının baş redaktoru . İyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş növbəti erməni təxribatı yavaş-yavaş tarixin arxivinə keçməkdədir

21 avqust 2020
.

"Həmin günün yaşanmamasını istərdim" – Pilotun qardaşı

Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn olunmasından bir il keçir. "MediaPost" məlumat verir ki, pilotun cənazəsi ötən il avqustun 21-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb. MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev ötən il iyulu

21 avqust 2020